Türkiyə tarixinin ən dağıdıcı zəlzələ fəlakətindən bir il ötür
Ötən il fevralın 6-da Türkiyə tarixinin ən böyük fəlakəti ilə qarşılaşdı. Həmin tarixdə baş verən və əsrin fəlakəti olaraq qiymətləndirilən dağıdıcı zəlzələlərdən bir il ötür. Mərkəzi Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan bu yeraltı təkanların şiddəti 500 atom bombası gücünə bərabər hesablanıb. Bir neçə saat ara ilə sadəcə 105 saniyə davam edən iki zəlzələ nəticəsində 53 min 537 nəfər həlak olub, 107 min 213 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb.
Türkiyənin 11 vilayəti və 14 milyon insanı öz təsiri altına alan zəlzələ 120 min kilometrlik ərazini əhatə edib.
Şəhərləri, kəndləri yerlə-yeksan edən bu yeraltı təkanların gücündən Hatayda yer səddində 400 metr uzunluğunda nəhəng çat meydana gəlib, Qaziantepdə iki təpə birləşib, Qaziantepin Nurdağı vilayətində bir kənd iki hissəyə ayrılıb, Kahramanmaraşın Çiğli kəndi 6,5, Değirmenkaya kəndi isə 6 metr sürüşüb.
Mətləb