Rusiya ABŞ sanksiyalarını aşmaq üçün Türkiyə ilə ortaq bank yaradır - Rusiya-Türkiyə bankı...
Dekabrın 22-dən etibarən şirkətlərin Rusiyadan Türkiyəyə pul köçürmələrində yaşanan ciddi problemin həlli üçün tərəflər intensiv səylərini davam edir.
Türkiyənin bank sektorundan olan mənbə Rusiyanın dövlət xəbər agentliyi RİA Novosti-yə bildirib ki, sanksiya təzyiqi nəticəsində ölkələr arasında ödəniş köçürmələrində yaranan problemlərin həlli məqsədilə iki ölkə rəsmi hakimiyyət orqanları arasında Rusiya-Türkiyə bankının yaradılması ilə bağlı danışıqlar aparılır.
Qeyd edilir ki, Rusiya-Türkiyə bankının yaradılması variantı bundan əvvəl də müzakirə olunub. Agentliyin mənbəsi qeyd edib ki, bu, problemin həlli yolunda mühüm məqamlardan biridir, lakin hazırda bu məsələ ilə bağlı təfərrüatlı məlumat yoxdur.
Qeyd edək ki, bundan əvvəl mətbuatda Türkiyə Ticarət Nazirliyinin Rusiyadan pul köçürmələrində problem yaşayan şirkətlərin siyahısını hazırladığı və bununla bağlı tədbir görüldüyü bildirilmişdi. Ancaq problemin böyük ölçüdə davam etdiyi və adi köçürmələrdə yoxlamaların ciddi şəkildə davam etdiyi bildirilir.
TAHİR