Abramoviç Avstriyada lüks villa aldı - rusiyalı oliqarx Qərbi sanksiyalarını heçə saydı...
Rusiyalı məşhur oliqarx Roman Abramoviç Avstriyanın Alp dağları ətdafında lüks villa alıb. Bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Sanksiyalara baxmayaraq, Abramoviçin Avstriyanın tətil bölgəsi Salzkammergutda gizli şəkildə lüks villa aldığını yerli fəal gündəmə gətirib.
Avstriyada bəzi müxalif siyasətçilərin və fəalların məsələni gündəmə gətirdiyini yazan “Financial Times”, sanksiyalara baxmayaraq edilən bu cür satışların ifşa olunmağa çalışıldığını yazıb.
Rusiyalı oliqarxların sanksiyalardan sonra Avropada aldıqları dəbdəbəli daşınmaz əmlak daha əvvəl də gündəmə gətirilib.
TAHİR