Avropa İttifaqı Ukraynaya görə üçüncü ölkələrə silah ixracını dayandıra bilər - "Lütfən, gözləyin. Müharibə edən siz deyilsiniz”
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynaya daha sürətli sursat tədarükünü təmin etmək üçün üzv ölkələri üçüncü ölkələrə ixracı müvəqqəti dayandırmağa çağırıb.
Ukraynada davam edən müharibəyə diqqət çəkən Borrell, ölkənin "təcili olaraq" sursatla təmin edilməsi gərəkdiyini və bu məsələdə problemin Avropa sənayesində potensialın olmaması deyil, üçüncü ölkələrə ixrac qərarının olduğunu iddia edib.
Aİ ölkələrini üçüncü ölkələrə ixracı müvəqqəti dayandırmağa çağıran Borrell deyib ki, Ukraynaya silah-sursat tədarükünü artırmağın ən sürətli, ucuz və təsirli yolu üçüncü ölkələrə ixracı dayandırmaqdır.
"Ukraynaya daha çox satmaq və ya bağışlamaq üçün ən yaxşı yol, digər üzv ölkələrə bunu deməkdir: "Lütfən, gözləyin. Müharibə edən siz deyilsiniz. Bir neçə ay gözləyə və istehsal etdiyiniz məhsullarınızı Ukraynada çatdıra bilərsiniz“. Bu, üzv dövlətlərin qəbul etməli olduğu siyasi qərardır” – deyən Borrell qeyd edib ki, sursat ixracında Ukraynaya üstünlük verilməlidir.
TAHİR