KÖHNƏ VERSİYA            

İrəvan Kremlin xəbərdarlıqlarından nəticə çıxarmadı...

Image

Kremlin bütün xəbərdarlıqlarına baxmayaraq, Ermənistan Qərblə, xüsusən də NATO ilə yaxınlaşmaqda davam edir. Bu günlərdə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominanın açıqlamaları isə Rusiyada daha çox qıcıq yaradıb.

O qeyd edib ki, Ermənistanın xarici və müdafiə siyasətinin NATO-ya doğru dəyişməsi alyansı çox ruhlandırır. Qurum rəsmisi bildirib ki, alyans Ermənistanla daha çox yaxınlaşmaq istəyir: “Son illər bu ölkə NATO ilə əməkdaşlığı siyasi və praktiki olaraq intensivləşdirməyə qərar verib. Şübhəsiz ki, tərəfdaşlarımızı bizə yaxınlaşmağa təşviq edirik və Ermənistan da bunu edir. Bu işdə Ermənistana kömək edəcəyik”. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İrəvanın NATO ilə yaxınlaşmasından danışarkən deyib ki, Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını başa düşməlidir. Onun sözlərinə görə, ilk növbədə Ermənistana və onun milli maraqlarına nəyin faydalı olduğunu anlamaq lazımdır: “Xəritəni açıb bu ölkənin hansı regionda yerləşdiyini, hansı qonşuların arasında olduğunu görmək və tarix dərsliklərini oxumaq lazımdır”. Rusiyalı analitik Stanislav Tarasov bunlar fonunda bildirir:  “Rusiya diplomatiyasının nümayəndəsi sadəcə olaraq Rusiya Federasiyasının fikrini və Ermənistanda nələrə diqqət yetirə biləcəklərini təqdim edib”. Onun sözlərinə görə, istənilən xarici siyasət qərarı ölkə daxilində ciddi təhlilə məruz qalmalıdır: “Ümumiyyətlə, ölkələrin xarici siyasət strategiyaları uzunmüddətli gələcək üçün bütün qərarlarla yazılır, bu, Ermənistanda olmayan müfəssəl, çətin, lakin zəruri işdir. Bəli, belə qərarlar verərkən coğrafiyanı, regionu, ölkənin tarixini, maraqlarını, dünyanın indiki vəziyyətini, NATO-nun tarixini, imkanlarını, yaxınlaşmaq istəyini və ən önəmlisi, NATO-ya yaxınlaşmaq istəyən ölkələrin keçdiyi “yolu” nəzərə almaq lazımdır”. Tarasovun vurğulayıb ki, NATO-nun məqsədi Rusiyanın təsir dairəsini dəyişmək, Rusiyanın müttəfiqlərini Rusiyadan kəsmək olub, NATO Rusiya sərhədlərinə addım-addım yaxınlaşıb, bu, “qırmızı xətt” olub və buna görə də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayıb: “Əsas problem Rusiya ilə əlaqəni kəsməkdir. Ermənistan məsələsində də məqsəd budur. Ermənistan NATO üzvü olacaqmı? Mən buna çox şübhə edirəm, amma İrəvanın NATO ilə sıx əməkdaşlığı Moskva və Tehran üçün problem yaradacaq, yəni Ermənistanın siyasi problemləri olacaq, çünki burada NATO ilə bu ölkələr arasında ciddi geosiyasi problem var və bu yeni deyil”.

Bu arada o da bəlli olub ki, Fransanın “Safran Group” şirkəti Ermənistanla birgə silah və komponentlərin istehsalına başlamağı planlaşdırır. Bu şirkət aviasiya üçün komponentlər istehsal edir. O, 2005-ci ildə təyyarə, raket mühərrikləri və aerokosmik komponentlər istehsalçısı “Snecma” və elektronika istehsalçısı SAGEM-in birləşməsi nəticəsində yaranıb. “Safran Group” həmçinin müasir multispektral durbin, lazer məsafəölçənləri və “Patroller MALE” pilotsuz uçuş aparatları istehsal edir. Bu da Rusiyada xoş qarşılanmır. Rusiyalı politoloq Yevgeni Mixaylov bunlar fonunda qeyd edir ki, Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etməlidir və edir, çünki İrəvan hələ də KTMT və Aİİ-nin bir hissəsidir. Ermənistan Rusiyaya qarşı ardıcıl təxribatlardan sonra da bir neçə stulda - Rusiya və Qərb masasında oturmağa çalışır: “Fransa şirkəti İrəvanla birlikdə Ermənistan ərazisində silah istehsal edəcək. İrəvan hakimiyyəti ordunun NATO formasına keçdiyini bəyan edib. Növbəti ssenari göz qabağındadır. Rusiya kəskin qərarlar qəbul etməsə, bir müddət sonra Ermənistanın NATO blokunda status qazanmaq cəhdi barədə eşidəcəyik. Ermənistan Qərbin adi və tipik oyuncağına çevrilib. Qərb Ukraynaya qarşı da eyni ssenarini yürüdürdü. Bu ölkəni nəyə gətirib çıxartdı? Fəlakətə”. Mixaylovun sözlərinə görə, bu gün Ermənistanda Rusiya kanallarını qadağan etməyə çalışırlar: “İrəvanda Rusiya bayrağına və Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı millətçilik və vandalizm aktı gördük. Rusiya ciddi tədbirlər görməlidir. Qərb Ermənistana ciddi dəstək vermək qərarına gəlsə, İrəvan dərhal Rusiyadan imtina edəcək və satılacaq. İrəvan da gözləyir, izləyir, kiminlə daha “dadlı” olacağını axtarır. İndi Ermənistan təhlükəsizlik qarantını dəyişmək qərarına gəlib. Ermənistan üçün bu, ölkənin mümkün dövlətçiliyini itirməsinə gətirib çıxaracaq fəlakətli səhv olacaq. KTMT-dən inciyən İrəvan onun üçün hər şeyin mümkün olduğunu düşünürdü, amma məlum oldu ki, hər şey mümkün deyil və yeni zaminlər tapmaq qərarına gəldi. Ancaq yeni zaminlər çox uzaqdadır. İrəvan öz ərazisində NATO bazasını yerləşdirməyə razılaşarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilmirəm. Azərbaycan, Rusiya və regionda heç kim Qərb bazasına dözməz”. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov Ermənistan baş naziri Nikol Paşinyanı Ukraynanın prezidenti Volodimir Zelenski ilə müqayisə edib. Onun fikrincə, erməni baş nazir də Ukrayna prezidentinin yolu ilə gedir, Rusiya ilə münasibətləri korlamaq hədəfini qarşısına əsas məqsəd kimi qoyub. Juravlyov vurğulayıb ki, baş nazir Nikol Paşinyan prezident Volodimir Zelenskinin savaş öncəsi addımlarını eynilə təkrarlayır: “Yəni Rusiya ilə münasibətlər planlı şəkildə qəlizləşdirilir. Halbuki, bu, Ermənistana və erməni xalqına sərfəli deyil, əksinə, təhlükəlidir. Ermənistan KTMT strukturlarından üz döndərib, NATO təlimlərində iştirak etməyə başlayıb. İndi Nikol Paşinyan hətta əvvəlki demarşının Qarabağ hadisələrinə səbəb olduğunu unudaraq, Rusiya ilə hərbi əməkdaşlıqdan da imtina etmək niyyətinə düşüb. Halbuki, Qərbdən ümid etdiyi dəstəyi ala bilməyəcəyini və İrəvanı da tezliklə itirəcəyini hələ də anlamır”. Bu xəbərdarlıqlara rəğmən, Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edir ki, ölkəsi  kiminlə hərbi əməkdaşlığı inkişaf etdirməli olduğunu anlamalıdır: “Bundan öncə Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97%-i Rusiya ilə əlaqəli idi. İndi isə bu, obyektiv və subyektiv səbəblərdən mümkün deyil”. Paşinyanın fikrincə, Ermənistan İran, Hindistan, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər quracağını, həmçinin KTMT-də qalmaq istəyib-istəmədiyini aydınlaşdırmalıdır.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031