KÖHNƏ VERSİYA            

Makron Fransanı batırır...

Image

Fransa prezidenti Emmanuel Makronun apardığı siyasətdə yol verdiyi yanlışlıqlar bu ölkə daxilində də ciddi etirazlarla qarşılanır. Məsələn, Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo  qeyd edir ki, Emmanuel Makronun Avropa İttifaqına ölkənin nüvə silahlarına çıxış imkanı verməklə bağlı bəyanatı dövlətə xəyanətdir. 

Emmanuel Makronun İsveçə səfəri zamanı Fransanın nüvə silahı potensialını Avropa İttifaqının sərəncamına vermək öhdəliyi barədə bəyanatını xatırladan Florian Filippo bunu yolverilməz adlandırıb: “Bu, dövlətə xəyanətdir və Fransa doktrinasını əsaslı şəkildə pozur. Nüvə silahları bizim milli suverenliyimizlə qırılmaz surətdə bağlıdır”. O hesab edir ki, Makron ölkəni Rusiya ilə nüvə müharibəsinə təhrik edir.

Fransanın “Alternatives Economiques” jurnalı yazır ki, Emmanuel Makronun rəhbərliyi ilə Fransanın xarici siyasəti sərxoş qayığa çevrilib. Bundan əlavə, 19 dekabr 2023-cü il tarixli immiqrasiya qanunu buna daha da ciddi zərbə vuracaq. Birincisi ona görə ki, bu, 2050-ci ilə qədər 3,9 milyon xarici işçiyə ehtiyac duyacaq ölkə iqtisadiyyatını zəiflədəcək. İkincisi, ona görə ki, bu, Fransanın mədəni və akademik təsirini zəiflədəcək: “Afrika və Yaxın Şərq ölkələrinə verilən vizaların sayının kəskin azalması artıq Fransanın bu ölkələrdəki nüfuzunu sarsıdıb. Xüsusilə onun bu regiondakı əsas tərəfdaşı Mərakeşdə. 8 sentyabr zəlzələsindən sonra krallığın Fransa yardımından imtina etməsi Rabat və Paris arasında etimad böhranının bariz sübutu idi. 2023-cü ilin yayında Niger, Mali və Burkina Faso ilə tələbə və tədqiqatçı mübadiləsinin keçmiş metropolun itaətsizliyinə görə kollektiv cəza kimi dayandırılması Fransanın növbəti səhvi idi. Xarici tələbələr üçün yeni immiqrasiya qanunu ölkəni qloballaşmanın əsas aspektləri olan ali təhsil və yaradıcılıq üçün beynəlxalq bazardan çıxaracaq. İndi də Emmanuel Makron özünü narahat edirmiş kimi davranır. İkiüzlülük, yoxsa uyğunsuzluq? Bəzi nostalji imperialistlərin dediyi kimi, Məğrib və Sahelin itirilməsi ödənilməli olan bir qiymət idi. Biz şübhə etmirik ki, tezliklə digər diplomatik və mədəni uğursuzluqlar da gələcək. Özünü əcnəbi tələbələrə və tədqiqatçılara bağlayan bir ölkənin gələcəyi nə ola bilər? Lakin Fransanın maraqları nöqteyi-nəzərindən bu aberrasiya silsiləsi 2017-ci ildən bəri Makronun xarici siyasətinin dayanıqsız xarakterinin bir çox əlamətlərindən yalnız biridir. Makronun atalıq təkəbbürü Saheldə ictimaiyyəti qəzəbləndirdi və hərbi rejimlər üçün əlverişli anti-imperialist arqument təmin etdi. Belə ki, Makron qəzəbli uşaq kimi Nigerin paytaxtı Niameydəki Fransa səfirliyini və konsulluğunu bağlayıb, həmvətənlərini taleyinə buraxıb, iki ölkə arasında mədəni və iqtisadi əlaqələri qurban verib. Rusiya, ABŞ, Çin və digər dövlətlər nəhayət ki, əsas rəqibindən qurtulduğuna sevinirlər. Yaxın Şərqdə Emmanuel Makronun Livan dastanı fiaskoya çevrildi. Onun məşhur filosof Bernard-Henri Levydən ilhamlanaraq HƏMAS-a qarşı beynəlxalq koalisiya yaratmaqla bağlı sürreal təklifinin iflasa uğraması Fransanın son yüz ildə məruz qaldığı ən böyük diplomatik rüsvayçılıq oldu. Bu arada, Makron iddialı Avropa layihələrini məhv edərək, Fransa-Almaniya münasibətlərini xarabaya çevirdi. “Ehtiyat bölgəsinin” mərkəzində beynəlxalq siyasətdən az xəbəri olan Emmanuel Makron, bununla belə, öyündüyü qaydanın narahatedici mahiyyətini ortaya qoydu. Bernə rəsmi səfəri zamanı isveçrəlilərə bir gün avropalı olduqlarını anlayacaqlarını deyən o idi? Bu, İsveçrədə çox gülüş doğurdu. Xoşbəxtlikdən, Fransa orada heç bir hərbi baza yaratmadı, qəzəbli yerli sakinlərin təzyiqi ilə o, dərhal bağlana bilərdi!”.

Ölkə daxilində də vəziyyət yaxşı deyil. Məsələn, Fransada fermerlərin etirazları son həftələrdə geniş vüsət alır. Onlar əsas magistral yolları bağlayır, müxtəlif maneələr ilə nəqliyyatın qarşısını kəsirlər. Fermerlər inflyasiya səbəbindən gəlirlərin azalmasına, kənd təsərrüfatı məhsullarının idxalının artmasına, Avropa İttifaqının “yaşıl kurs” planına etiraz edirlər. Fransa hakimiyyəti “yaşıl kurs” layihəsi daxilində fermerlərə maliyyə vəsaiti və başqa yardımlar ayırmayıb. Çünki belə bir plan üçün dəyən ziyanın ödənilməsi və digər yardımlar nəzərdə tutulmayıb.  bundan başqa, Fransa hakimiyyəti kənd təsərrüfatı məhsullarını ucuz qiymətə xaricdən almaqla ölkə fermerlərinin mənafeyini nəzərə almayıb. Bu da narazılıqlara səbəb olub. Fermerlərin aksiyasına taksi sürücüləri də qoşulub. Fevralın 1-dən isə müəllimlər də etiraz tədbiri keçirəcək. Onların tələbi işgüzar şəraitin yaxşılaşdırılması və əməkhaqqının artırılmasıdır. Amma Makron bunları etməkdə acizdir. Elə bu fonda fransızların 67-68 faizinin öz prezidentləri haqqında fikirləri “pis” və ya “çox pis”dir. Bu da onu bütün əsas sosial sektorlardan – qadınlardan, fəhlələrdən, fermerlərdən və ya orta sinifdən uzaqlaşdırır, onun liberal peşələr, kiçik və orta biznes, nüfuzlu biznesmenlər və pensiyaçılar arasında dəstəyini azaldır. 2022-ci ilin mayında keçirilən seçkilərdə qələbəsindən sonra Emmanuel Makron bəyan edib ki, qadınlar və onların vəziyyəti onun fəaliyyətinin əsasını təşkil edəcək. Bununla belə, fransız qadınların, xüsusilə qızların böyük əksəriyyəti prezidentin təqib və cinsi təcavüzdə ittiham olunan məşhur aktyor Jerar Depardyöni müdafiə edən son açıqlamalarından özlərini “məyus” və “xəyanətə uğramış” hesab edir. Bir neçə həftə əvvəl Fransa prezidenti, həmçinin parlamentin immiqrasiyaya nəzarətlə bağlı olan və ekspertlərin “geridə qalmış” hesab etdiyi qanun layihəsini təsdiqləməsindən sonra hökumət üzvlərinin narazılığı ilə üzləşib. Parlament çoxluğunun tənqidi ilə qarşı-qarşıya qalan Makron layihəni rədd etməklə hədələyən Konstitusiya Məhkəməsinə müraciət edib. Bu da onun təsdiqidir ki, Makron böyük islahatları zorla qəbul etdirmək üçün parlament çoxluğuna malik deyil, onun siyasi müttəfiqləri isə parçalanıb.  “ABC” qəzeti yazır ki, 2017-ci ildə ilk prezidentlik müddətinin əvvəlində Emmanuel Makron milli pensiya sistemində “böyük islahat”lar barədə vəd verib. Həmin ilin sonundan 2020-ci ilin əvvəlinə qədər Fransa dövlətinin başçısı onu geri addım atmağa məcbur edən təsirli etiraz nümayişləri dalğası yaşayıb. 2022-ci ildə təkrar seçilən Makron keçən il eyni layihəni ixtisar olunmuş vəziyyətdə bərpa edib. Layihə yenidən etirazlarla qarşılanıb və nəticədə Konstitusiya Məhkəməsi Fransada təqaüdə çıxma yaşının 62-64 yaş arasında dəyişəcəyi barədə qərar verib, halbuki Avropa İttifaqının digər ölkələrində bu, 65-67 yaş arasında dəyişir. Lakin onunla orta sinfin nümayəndələri, fəhlələr və fermerlər arasındakı boşluq artıq göz qabağındadır. Onlar özlərini yüksək pensiya alan dövlət sektoru işçiləri üçün daha əlverişli islahatın qurbanı hesab edirlər. “Böyük islahatı” ləğv edən prezident yüz gündən sonra - 2023-cü ilin mart-iyun aylarında Fransanın “yenilənməsi”ni elan etməyə tələsib. Yenidən uğursuzluqla qarşılaşıb. Ötən il polisdən qaçan yeniyetmə güllələndikdən sonra martın 16-dan mayın 3-dək Fransa növbəti iğtişaşlar dalğası yaşayıb. Parisin ətrafında və təxminən iyirmi böyük şəhərdə “Qara blok” təşkilatından anarxistlər peyda olub. Mətbuat, radio və televiziya Emmanuel Makronun böhrana və hökumət dəyişikliyinə səbəb olduğunu açıq şəkildə bildirir. Fransa prezidentinə etimadın iflası çətin ki, Marin Lö Penin rəhbərlik etdiyi “Milli Birliyin” yüksəlişi ilə əlamətdar olan Fransa siyasətinin yeni istiqamətinə qarşı çıxsın. “ABC” nəşri vurğulayır ki, bu gün onun partiyası Fransada 2024-cü ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olan siyasi partiyalar arasında ilk sıradadır.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031