KÖHNƏ VERSİYA            

Avroittifaq Rusiyaya düşmən? - Avroparlamentin cəmi 29 deputatı Rusiya əleyhinə çıxdı...

Image

Abutalıb Səmədov: “Şübhəm yoxdur ki, eyni məsələ seçkilərdən sonra səsə qoyulanda, o deputatların böyük əksəriyyəti onun lehinə, yəni seçkinin qeyri-demokratik keçirildiyinə səs verəcək”

Rusiyada keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması çağırışı Avropa Parlamentinin cəmi 29 üzvü tərəfindən dəstəklənib.

Müvafiq müraciət Rusiya Federasiyasının yeni regionlarında seçkilərin keçirilməsinin “demokratiya prinsiplərinə zidd” olduğunu bildirən Estoniya parlamentinin deputatı Riho Terras tərəfindən irəli sürülüb. Sənədi Baltikyanı ölkələr, Macarıstan, Finlandiya, Polşa, Çexiya, İsveç və s.-nin parlamentariləri də imzalayıblar. Ümumilikdə Avropa Parlamenti 705 deputatdan ibarətdir.

Daha sonra müraciət Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Şarl Mişel və Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Xosep Borrelə göndəriləcək.

Rusiya Federasiyasında növbəti prezident seçkiləri 2024-cü il martın 15, 16 və 17-nə təyin edilib. Seçkidə yeni regionların - DXR və LPR, Zaporojye və Xerson vilayətlərinin sakinləri iştirak edə biləcək. Rusiya Federasiyasının prezident seçkilərində ilk dəfə olaraq məsafədən elektron səsvermə mexanizmindən istifadə olunacaq. Bu imkan ölkənin 29 rayonunun sakinlərinə təqdim olunacaq. 2024-cü il yanvarın 1-nə Rusiya seçicilərinin ümumi sayı 112,309 milyon nəfər olub. Bu məlumat ilk dəfə olaraq Rusiyanın dörd yeni subyektində yaşayan seçicilər nəzərə alınmaqla təqdim edilir, MSK-nın bundan əvvəl verdiyi məlumatda deyilir.

Məntiqlə, Avropa Parlamentinin əksər deputatları Rusiyanın əleyinə olan sənədə səs verməliydi. Ancaq biz tam fərqli mənzərəni görürük. 

Belə maraqlı göstərici, 705 deputatdan cəmi 29 nəfərin Rusiyanın maraqlarına zidd olan qətnaməyə imza atması nəyin göstəricisi sayıla bilər?

Müstəqil siyasətçi Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasənda bildirdi ki, Avropa strukturlarında qəribə bir praktika yaranıb: “Öz maraqlarına uyğun olaraq, müəyyən dövlətlərdə keçirilən seçkilər haqqında rəy əvvəlcədən formalaşdırılır, əvvəlcədən hesabat hazırlanır, seçkilər bitməmiş onun haqqında artıq mənfi hesabat ortaya çıxır. Son illərdə bu geniş yayılmış praktikadır və biz bunun dəfələrlə şahidi olmuşuq. Ancaq hesabatlar əvvəlcədən hazırlansa da, müəyyən Avropa qurumlarının, Qərb dövlətlərinin bəzilərinin seçkilər barədə hesabat hazırlaması məlum olsa da, heç olmasa seçkinin sonunu gözləyirdilər, əvvəlcədən hazırlanmış hesabatı seçki başa çatdıqdan sonra ictimaiyyətə təqdim edirdilər. Biz də yaxşı bilirdik ki, bu əvvəlcədən hazırlanıb və seçkilərin necə keçirilməsindən asılı olmayaraq, onların rəyi dəyişə bilməz. Seçkilər ciddi pozğunluqlarla keçirilib, demokratik birlik, bərabərlik gözlənilməyib. Ancaq son dövrdə bunu da gözləmirlər. Bəzən 6 ay əvvəldən seçkiqabağı kampaniya başlamamış seçkiləri qeyri - demokratik elan edirlər. Avropa Parlamentinin Rusiyadakı prezident seçkiləri ilə bağlı məlum qərarı buna misal ola bilər. İndi də hələ seçkilər bitməyib. Təbii ki, Rusiyada ciddi problemlər var. Müxalifət ölkə xaricindədir. Orada demokratik seçkilərin keçirilməsi mümkünsüzdür. Hamı bilir ki, Putinin ölkə daxilində rəqibi yoxdur. Seçkilərə isə hələ ay yarımdan artıq vaxt qalıb. Bunu gözləmək lazımdır. Həmin o səsvermədə də deputatlar bunu nəzərə alıb, qətnamənin əleyhinə səs veriblər. Ancaq şübhəm yoxdur ki, eyni məsələ seçkilərdən sonra səsə qoyulanda, o deputatların böyük əksəriyyəti lehinə, yəni seçkinin qeyri-demokratik keçirildiyinə səs verəcəklər. Ən azından müəyyən məsələlər gözlənilməlidir, insanlar ayıb bilməlidirlər. Seçki başa çatdıqdan sonra onun haqqında rəy ortaya qoymaq olar. Mən hesab edirəm ki, deputatların böyük əksəriyyətinin bu qətnamənin əleyhinə səs verməsinin kökündə də bu amil dayanır. Eyni münasibət Azərbaycana da göstərilir. Rusiyadan fərqli olaraq, Azərbaycanda müxalifətin seçkidə iştirakı üçün hər cür şərait yaradıldı. Dəfələrlə müraciət olundu, müxalifət seçkiyə dəvət edildi. Amma gəlmək istəmədilər. Səbəb də aydındır. Ortaya qoyulacaq səviyyə yoxdur və bir bəhanələri var, o da qəfil seçkilərdir. Bu adamlar anlaya bilmirlər ki, demokratik dövlətlərdə seçkilər adətən növbədənkənar keçirilir. Hakimiyyətdə olan partiya da seçkini udmaq üçün onu ən əlverişli məqamda təyin edir. Ona görə də, Azərbaycanda normal seçkilərin keçirilməsi üçün hər bir şərait olsa da, müxalifət öz şansının olmadığını düşünərək, qəfil seçki bəhanəsi ilə seçkilərdən imtina etdi. Rusiyada isə vəziyyət tam başqadır. Rusiya müharibə aparır, müxalifət ölkə kənarındadır, yaxud həbsdədir. Bu vəziyyətdə orada demokratik seçkilerin keçirilməsi, keçirilsə belə, Rusiya cəmiyyətinin Putinin rəqibinə səs verməsi mümkünsüzdür”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031