KÖHNƏ VERSİYA            

Ermənistanda azərbaycanşünaslar yetişdirilir - bizdə ermənişünaslar varmı...

Image

Elnur Kəlbizadə: “Ermənişünaslıqla bağlı bir sıra istiqamətlər ilk dəfə məhz Qafqazşünaslıq İnstitutunda araşdırılıb”

Bildiyimiz kimi, Ermənistanda Azərbaycan dilinin öyrənilməsi işinə xüsusi diqqət yetirilir. Bir neçə Azərbaycanşünaslıq mərkəzi yaradıblar, hətta onlardan biri də Ermənistanda Hovhannes Baqramyan adına hərbi hissədə açılıb, bir neçə il əvvəldən başlayaraq burada Azərbaycan dili öyrədilir. 

Onu da vurğulayaq ki, hələ Sovet dövründə İrəvan Dövlət Universitetində Azərbaycanı öyrənmək işinə başlanılıb və məlumatlara görə, bu işlə əsasən İrandan gələn mütəxəssislər məşğul olub. Daha dəqiq desək, Tehran Universitetinin erməni əsilli alimləri orada Azərbaycan haqda dərslər verib. Son illər isə, xüsusən də 44 günlük müharibədən sonra Azərbaycanşünaslıq kurslarının sayı daha da artırılıb. Maraqlıdır ki, bu gün Ermənistanda Azərbaycanşünaslar yetişdirilir. Demək artıq onlarda Azərbaycanşünaslığa bir siyasi elm istiqaməti kimi önəm verirlər. 

Maraqlıdır, Azərbaycanda da ermənişünaslıq elmi varmı? Ermənişünaslıq elmi ilə məşğul olanlar varmı? Rəsmi olaraq belə danışmaq olarmı ki, Azərbaycanda ermənişünaslar var? Azərbaycanda ən məşhur ermənişünaslar kimlərdi?

Məsələ ilə əlaqədar onu deyə bilərik ki, Azərbaycanda ermənişünaslar yetişdirilir. 

Biz buna nümunə olaraq uzun illərdir bu sahə ilə məşğul olan professor Qafar Çaxmaqlının fəaliyyətini, ermənişünas İsmayıl Tanrıverdinin rəhbərlik etdiyi Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzini, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsini və sairi misal göstərə bilərik. 

Araşdırmamız zamanı məlum oldu ki, Azərbaycanda bəzi qurumlarda da erməni dilinin öyrənilməsinə xüsusi diqqət yetirilir və bu işdə yerli ermənişünaslar əllərindən gələni əsirgəmirlər. 

Eyni zamanda, Azərbaycan Dövlət İqtisad Universitetidə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində də bu tipli kursların mövcudluğu barədə xəbərlər var. 

Azərbaycan Dövlət İqtisad Universiteti Tədqiqat Mərkəzinin şöbə müdiri Rəna Hüseynova mətbuata açıqlamasında bildirdi ki, kurslar Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi tərəfindən təşkil olunub. Kurslarda məqsəd erməni mətbuatının monitorinqi, Ermənistan iqtisadiyyatı haqqında materialların hazırlanması, bu sahədə tədqiqatların aparılması üçün kadrların hazırlanmasıdır. “...Müxtəlif peşələrin nümayəndələri, gənclər erməni dilini öyrənməyə başlayıblar” - deyə o, müsahibəsində bildirib. 

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi qeyd edib ki, Azərbaycanda erməni dilinin öyrənilməsinə böyük maraq var. “Artıq dövlət orqanlarından, güc strukturlarından da bizdən erməni dilini bilən kadrlar tələb olunur"-deyə o qeyd edib.  

İ.Tanrıverdi mətbuata bildirib ki, erməni dilini öyrənmək istəyənlər rəhbərlik etdiyi mərkəzə müraciət edə bilər.

“...Tələbələrə erməni dili tədris edilir” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, dosent Elnur Kəlbizadə “Bakı-Xəbər”ə şərhində “Hər bir dövlət özünün gələcək inkişaf perspektivlərini, xarici siyasət xəttini müəyyənləşdirərkən dünyada və yerləşdiyi regionda baş verən prosesləri nəzərə alır. Təbii ki, hazırda Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikasında da elmi tədqiqat mərkəzlərində ilk növbədə ölkəmizin yerləşdiyi Qafqaz regionu, region dövlətlərinin tarixi, inkişaf xüsusiyyətləri, daxili ictimai-siyasi şəraiti, xarici siyasət xətti tədqiq və təhlil edilir” - deyə bildiri.

Hazırda ermənişünaslıq istiqamətində əsas tədqiqatların AMEA Qafqazşünaslıq İnstitutunda aparıldığını bildirən E.Kəlbizadə “Azərbaycan Milli Elmlər Akademiyasında fəaliyyət göstərən Qafqazşünaslıq İnstitutunda regionun müxtəlif ölkələri, bölgələri öyrənilir. Həm qonşu Gürcüstan, həm Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən regionları tədqiq olur, böyük dövlətlərin, qlobal və regional güc mərkəzlərinin Qafqaz siyasəti tədqiq edilir. Bu çərçivədə Ermənişünaslıq şöbəsində Ermənistanla, dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış erməni icmalarının, təşkilatlarının fəaliyyətləri bağlı elmi tədqiqatlar aparılır. Ermənilərin zaman-zaman tariximizi saxtalaşdırmaq cəhdlərinə elmi dəlillərlə tutarlı cavablar verilir, bu barədə beynəlxalq konfranslarda məruzələr edilir, monoqrafiyalar, kitablar, xarici ölkələrin nüfuzlu elmi jurnallarında məqalələr nəşr etdirilir. 

Müxtəlif illərdə institutun qurucu direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının Azərbaycan, ingilis və rus dillərində “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix olduğu kimi”, ingilis və türk dillərində “Erməni məsələsi”ndən “erməni soyqırımına: gerçək tarix arayışında (1724-1920)” adlı monoqrafiyaları nəşr olunub. İnstitut əməkdaşlarının və 7 ölkənin alimlərinin birgə iştirakı ilə ingilis dilində nəşr etdirilmiş “Soyqırımı gerçəkləri” kitabı da ortaya qoyulan mühüm əsərlərdən biridir.  

Ermənişünaslıq şöbəsi hər iki-üç ildən bir apardığı elmi tədqiqatların nəticələrini kitab və monoqrafiyalar şəklində elmi ictimaiyyətin istifadəsinə təqdim edir. Ermənişünaslıqla bağlı bir sıra istiqamətlər ilk dəfə məhz Qafqazşünaslıq İnstitutunda araşdırılıb. “Ermənistan daxili ictimai-siyasi şərait”, “İranın Cənubi Qafqaz siyasətində Ermənistan”, “İsrail Dövlətinin Cənubi Qafqaz siyasətində Ermənistan”, “Gürcüstanda erməni təşkilatlarının fəaliyyəti” adlı kitab və monoqrafiyaları bu cəhətdən xüsusi vurğulamaq lazımdır. 

İnstitutun beynəlxalq bazalara daxil olan və üç dildə nəşr olunan “Qafqazşünaslıq” jurnalında da Azərbaycanın və xarici ölkələrin nüfuzlu alimlərinin ermənişünaslıqla bağlı tədqiqatlarına xüsusi yer verilir. Üç ildən bir təşkil olunan qafqazşünasların forumlarında ermənişünaslığın müxtəlif problemlərinin elmi müzakirəsi həyata keçirilir. 

Akademiyanın digər institutlarında, ölkənin bəzi ali təhsil müəssisələrində fəaliyyət göstərən tədqiqat mərkəzləri və laboratoriyalarda da ermənilərin dili, etnogenezi, tarixi ilə bağlı tədqiqatlar aparan tədqiqatçılar vardır” - deyə qeyd etdi. 

“Bakı-Xəbər”in araşdırmasına görə, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində və s. müxtəlif illərdə ermənişünaslıqla bağlı araşdırma mərkəzləri və tədqiqat laboratoriyaları fəaliyyət göstərib. Onların bəziləri indi də fəaliyyətini davam etdirir. 

Bu istiqamətdə gələcək tədqiqatçıların yetişdirilməsi məsələsinə toxunan E.Kəlbizadə “ölkənin bir sıra ali təhsil müəssisələrində, o cümlədən Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və bəzi digər universitetlərdə Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrə erməni dili tədris edilir. Onlar ümumi Qafqaz regionunu öyrəndikləri kimi, tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan ərazisində baş verən prosesləri də öyrənirlər” - deyə bildirdi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031