KÖHNƏ VERSİYA            

Fransa zülmünə qarşı çıxan müstəmləkə xalqları mühacir hökumətlər yarada bilər...

Image

Faiq Ələkbərli: “Fransa repressiyanı, müstəmləkəçilik siyasətini dayandırmasa, korsikalılar da, Yeni kaledoniyalılar da öz mühacir hökumətlərini Bakıda elan edə bilərlər”

Tarixdə zülmkar və böyük müstəmləkə imperiyası kimi adı keçən Fransa, təəssüflər olsun ki, bu “mirası” XXI əsrə qədər daşıyıb gətirib. Bu gün Fransa müstəmləkəçilik siyasətindən, səlibçi zehniyyətdən xilas ola bilməyib və onun bu cinayətkar əməlindən milyonlarla insan zərər çəkir.   

Bilirik ki, Fransa müstəmləkəsi olan Korsikada, Yeni Kaledoniyada və başqa müstəmləkələrdə insanlar ayağa qalxıb müstəqillik uğrunda mübarizə aparırlar. Aydın  görsənir ki, Korsikada, Yeni Kaledoniyada və digər Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə güclənir. Eyni zamanda Fransanın polis repressiyaları da güclənir. Fransa müstəmləkələrində azadlıq hərəkatını dəstəkləmək üçün Qoşulmama Hərəkatı çərçivəsində Bakı Təşəbbüs Qrupu deyilən qrup yaranıb və  müstəmləkələri dəstəkləyir, onların haqlı mübarizəsini dünyaya yayır, hüquqlarını müdafiə edir.

Fransa zülmünə qarşı mübarizə aparan xalqların Bakıda müstəqil mühacir hökumətləri yarana bilərmi? Azərbaycan onları dəstəkləyə bilərmi?

“Azərbaycan həmin xalqlara onlar öz azadlıqlarına qovuşana qədər dəstək verməlidir, verir də” 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi şərhçi  Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Fransanın son əsrlərdə yürütdüyü müstəmləkəçilik siyasəti bütün dünyaya məlumdur: “Xüsusilə də son əsrlərdə Fransa Afrikada, eyni zamanda Asiyanın bəzi bölgələrində, hətta Avropanın özündə belə işğalçılıq siyasəti yürüdüb və bir sıra ərazilərdə müstəmləkəçiliyin əsasını qoyub. İndi Polineziya, Yeni Kaledoniya, Korsika kimi Fransa müstəmləkələri azad olmaq istəyir. Fransanın müstəmləkəsi olan bəzi ölkələr keçən dövrlərdə azadlığına qovuşub, bu gün Korisika, Yeni Kaledoniya və başqa müstəmləkələr də azad olmaq istəyir. Onların da azadlığa qovuşması üçün proseslər gedir. Orada xalq artıq Fransız işğalını qəbul etmir və öz müstəqilliklərini, azadlıqlarını başqa bir mərhələyə daşıyırlar. Fransanın işğalçılıq siyasəti daha vəhşi hal alıb. Bilirik ki, son günlər azadlıq, müstəqillik tələb edən korsikalılara, Yeni kalendoliyalılara qarşı polis represiyası güclü böyük şəkil alıb”.

F.Ələkbərlinin sözlərinə görə, Azərbaycan dövləti fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan bu xalqları dəstəkləyir. Bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun ayrıca rolu olduğunu deyən F.Ələkbərli vurğuladı ki, bu qrup  Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. “Bakı Təşəbbüs Qrupunun Fransa müstəmləkəçiliyindən əziyyət çəkən, fransız polisi tərəfindən əzilən, represiyaya məruz qalan korsikalılara və digərlərinə dəstək göstərməsi müsbət haldır. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Onların azadlıq və müstəqillik hüquqlarının bərpa olunması əsas məsələdir. Fransa müstəmləkəçiliyinə, zülmünə qarşı mübarizə aparan azadlıqsevər xalqların rəsmi Bakı tərəfindən dəstəklənməsi onlara böyük ümid verir. Qoşulmama Hərəkatının da bu prosesə qoşulması olduqca tədirəlayiq haldır.

Bilirsiz ki, 2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Onu da deyək ki, bu günlərdə Milli Məclisdə yaradılmış Korsika xalqına dəstək qrupu bu barədə bəyanat yayıb. Bəyanatda azadlıqsevər Korsika xalqına dəstək nümayiş olunub və eyni zamanda Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərin qətiyyətlə pisləndiyi vurğulanıb.

Əlbəttə, irəliləyən dövrdə Bakı fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqların mühacir hökumətlərinin yaranması mərkəzinə də çevrilə bilər. Onlar buna çox yaxındır. Çünki rəsmi Bakı Fransa işğalına, müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlara hər cür dəstək olmağa hazır olduğunu göstərir. Azərbaycan həmin xalqlara onlar öz azadlıqlarına qovuşana qədər dəstək də verməlidir, verir də. Hesab edirəm ki, Fransa repressiyanı, müstəmləkəçilik siyasətini dayandırmasa, korsikalılar da, Yeni kaledoniyalılar da öz mühacir hökumətlərini Bakıda elan edə bilərlər” - deyə F.Ələkbərli qeyd etdi.

F.Ələkbərli bildirdi ki, Azərbaycan uzun illər Çar Rusiyasının və Sovet impersiyasının müstəmləkəçilik siyasətindən əziyyət çəkib, biz XX əsrdə iki dəfə azadlığımıza, müstəqilliyimizə qovuşmuşuq: “Bu mənada biz onların yanında yer ala bilərik, almalıyıq da. Məncə, rəsmi Bakı onlara siyasi dəstək də verə bilər. Azərbaycanın fransız müstəmləkəçiliyindən əziyyət çəkən azadlıqsevər xalqlara dəstək verməsi dünya tarixinə düşəcək bir hadisədir”.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031