KÖHNƏ VERSİYA            

Sabahın xeyir, Ruhlar şəhəri

Image

Azərbaycanda rəsmi səfərdə olan Beynəlxalq Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq Qarabağa səfər etmək və azad olunmuş ərazilərdəki vəziyyəti öz gözləri ilə görmək istədiyini bildirmişdi. Baş katibi müşaiyət etmək üçün onunla birlikdə Ağdama getdim. Bərdədən Ağdama aparan yeni salınmış güzgü kimi asfalt yol bizi sürətlə mənzil başına yaxınlaşdırırdı.

Avtomobilin pəncərəsindən Ağdərənin başı qarlı dağlarını seyr edə-edə Ağdam yolu ilə irəliləmək nə qədər xoş təəssürat yaradırdısa tezliklə çatacağımız ünvanda görəcəyimiz səhnələri təsəvvür etmək də bir o qədər cansıxıcı idi. Azad olunmuş ərazilərə əvvəlki səfərlərim zamanı yaşadığım mənəvi sarsıntılar səfərlərdən sonra da uzun müddət ruhumu tərk etməmişdi.

Bu dəfəki Ağdam səfərimizin də sıxıntıları artıq yolda ikən hiss olunmaqdaydı. Yer kürəsinin bu füsunkar guşəsində təbiətin yaratdığı ecazkar gözəlliklərlə son 30 ildə burada baş verənləri bir arada görmək təbiətlə harmoniyada yaşamaq üçün doğulmuş insanın şüurunu zorlayır.

Belə səhnələrin yaşatdığı sarsıntıları və mənəvi iztirabları unutmaq asan deyil. Yol bizi dağılmış evlərin, binaların qum-kəsəyindən qalaqlanmış xırda təpələrin arası ilə “cəhənnəm”in mərkəzinə gərib çıxardı.

 Şəhərin nə vaxtsa öz gözəlliyi və səliqə-sahmanı ilə göz oxşadığı, indi isə atom bombardmanının Xirosimada yaratdığı müdhiş xarabalığı xatırladan mərkəzində bizi Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev qarşıladı. Ruhlar şəhərinə xoş gəlmisiniz! İngilis dilində səlis danışan Faiq bəy bizi salamladıqdan dərhal sonra Ağdamın tarixi ilə bağlı təqdimatına başladı.

Nə zamansa mərkəzi küçə hesab olunan daşlı-torpaqlı yollarla addımlaya-addımlaya Xan nəslinin dəfn olunduğu, lakin 2 əsrdən çox rahat uyuya bilmədiyi qəbiristanlığa çatdıq. Əsrlər boyu öz əməlləri ilə Qarabağa şöhrət gətirmiş bu tarixi şəxsiyyətlərin taleyi barədə verilən məlumatlar bir zamanlar bu şəhərin Qafqaz siyasətində oynadığı mühüm rolu dərindən anlamaq üçün çox faydalı idi.

Faiq Hacıyev bu yerlərin tarixi rəsmlərini, sovet dövrünün təsvirlərini və işğaldan sonrakı ilk fotolarını müqayisə edə-edə şəhərin yaşadığı keşməkeşli ağrılı-acılı taleyini gözlərimiz önündə sərgiləyirdi. Xan qəbiristanlığında gəzişdikcə burada uyuyanların sevinən ruhlarını təsəvvür edirdim. Yaratdıqları səltənətin varislərinin ata-baba yurdlarını özlərinə qaytardığına və onu ulu babalarının adına layiq şəkildə yenidən qurub yaşatdıqlarına görə sevinirdi ruhlar. Ağdamın bir neçə məhəlləsində əksi yalnız sovet dövrünün fotolarında qalmış məhşur binaların qalıqları önünə getdik.

Bəzilərinin bir divarı, bəzilərinin isə yalnız bünövrəsi qalmış bu binalar vaxtilə uşaqların şən çığırtıları, ailələrin gündəlik hüzurlu həyatı, Ağdamlıların bir-biri ilə xoş görüşləri, dost söhbətləri ilə dolubmuş. İndi isə divar qalıqlarının yıpranmış səthi ilə dərin hüznlü göz yaşları axır. Bu torpağın canına minlərlə insanın qanı hopub. Üzərində addımladıqca qəflətən vəhşətlə üzləşməyin doğurduğu insan hıçqırıqları eşidilir. Bu torpaqlar şad-xürrəm həyatın gözlənilməz bir anında qarşıya çıxan ölüm dəhşətini, namərd gülləsi ilə can verən günahsız insanların son nəfəsini yaşadır özündə.

Burada ayağını yerə basmağa da qorxursan. Birdən elə burada, sənin ayaq basdığın yerdə bir körpə anasının qucağında parçalanıb, fəryad edən ananın acı göz yaşları al qanına qarışaraq elə bu torpağa tökülüb… Bu yaralar nə zamansa sağalacaqmı ?!

Faiq Hacıyevin təqdimatından təsirlənmiş Martin uçulmuş bir binanın həyətində mənə tərəf əyilərək sakit bir səslə soruşdu: “- Bu torpaqdan bir daş götürüb özümlə apara bilərəmmi?”

Gözlənilməz sula qarşı sual dolu nəzərlərlə baxdığımı görəndə əyilib yerdən müxtəlif ölçülü bir neçə daş götürdü. Daşları sığallayaraq təmizləyib cibinə qoyduqdan sonra sanki nədənsə çəkinirmiş kimi qulağıma pıçıldadı: “- Bu daşlar dünyada misli görünməmiş insan vəhşiliyinin şahidləridir.

Mən onları öz ofisimdə sərgiləyib dünyanın bütün ölkələrindən gələn qonaqlarıma göstərmək istəyirəm.” Başımın hərəkəti ilə razılığımı bildirdim. Yer üzündə yaşayan bütün sivil insanların eyni hissləri, eyni duyğuları və həyəcanları yaşadığına sevindim. Lakin ətrafımızda hökm sürən dəhşətli mənzərənin ağırlığından sevincim özünü büruzə verə bilmədi.

Ağdam şəhidlərinin qəbiristanlığı bizi bayraqlarla qarşılayır. Qəbirlərin çoxu hələ də üstü ot basmış çuxur kimi özünü nişan verir, doğmalarının gəlib onu tapmasını gözləyir. O çuxurlardan boylanan ruhların sifətində bir nigaranlıq var, görəsən mənimkilər sağdırlarmı, onlar da gələcəkmi?! Doğmalarının gəlib tapdığı, təmizlədiyi, sahmana saldığı qəbirlərin üstündən qürurla bizə baxan şəhid portretlərinin üzərində uğrunda canından keçdikləri üçrəngli bayraqlar dalğalanır.

Şəhid sifətlərindən işıq saçan təbəssüm ölümə meydan oxuyan bir igidin qürurudur. Ölümü ilə ölməzliyə qovuşan şəhidlərimizin məğrur və əyilməz qüruru. Bu qüruru bütün Azərbaycanlılar yaşayır. Bu qəbirlər bütün Azərbaycanın doğma qəbirləridir. Hələlik qəbir üzərində sifətlərini görmədiyimiz şəhidlərimizin doğmaları bütün Azərbaycandır. Onlar mütləq gələcək və səni tapıb hamıya göstərəcəklər.

Səninlə fəxr edəcəklər. Amma bu müqəddəs yer həmişə ruhlar şəhəri olaraq qalacaq. Bu qanlı torpağın üzərində uçuşan ruhlar heç zaman buranı tərk etməyəcəklər. İnsanlığın üzləşdiyi ən qəddar faciələrdən birinin şahidləri kimi. Onlar Ağdamda doğulan hər körpənin ruhuna qonacaq, onu ayıq saxlayacaq, bir daha bu faciələri yaşamamaq üçün həmişə onlarla birlikdə olacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir qədər aralıda dayanmadan hərəkət edən qaldırıcı kran qüllələri görünür. Faiq Hacıyev Ağdamda başlanmış və sürətlə aparılan tikinti-abadlıq işlərindən danışır. Artıq məktəb, xəstəxana və yaşayış binaları tikilməkdədir. Şəhərin gələcək sifətini canlandıran baş planda və ayrı-ayrı binaların memarlıq eskizlərində xarabalıqlar üzərində ucaldılan gözəllik və rahatlıq məkanının ayrı-ayrı fraqmentlərini görürük. Bütün bunlar olacaq. Ağdamlılar da öz doğma yurdlarına qayıdacaq və ana torpaq üzərində sevgi- məhəbbətlə, qurmaq – yaratmaq, yeni xoşbəxt nəsillər yetişdirmək eşqi ilə yaşayacaqlar.

Batmaqda olan günəşin şəfəqləri yenicə tikilib üzlənmiş bir binanın divarları və pəncərə şüşələri üzərində əks olunaraq göy qurşağını xatırladan ecazkar rənglər yaradırdı. Bu Ağdamın gələcək rəngləridir. Şən, oynaq və göz qamaşdıran rənglər xoş hisslər yaradır. Ağdam bu rənglərin doğurduğu xoş duyğularla öz sabahına açılmaqdadır. Sabahın xeyirli olsun, Ruhlar şəhəri! Keçmişini isə unutmayacağıq.

Cavanşir Feyziyev
 3 fevral 2024
 Bakı – Ağdam – Bakı







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031