DİN və ANAMA mina təhlükəsi ilə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ
Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) vətəndaşlara mina təhlükəsi ilə bağlı müraciət edib.
Hər iki qurum bununla bağlı birgə videomüraciət yayıb.
Qeyd edilib ki, DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır.