Tokayev Qazaxıstan hökumətini istefaya göndərdi
Qazaxıstan hökuməti istefaya göndərilib, baş nazir vəzifəsini müvəqqəti baş nazirin birinci müavini Roman Sklyar icra edəcək. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün fərman imzalayıb.
Qazaxıstan hökumətinin üzvləri hökumətin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini yerinə yetirməyə davam edəcəklər.
Qazaxıstan hökumətinə 2022-ci ilin yanvar ayından Alixan Smailov başçılıq edirdi.
TAHİR