İsrail səfiri Rusiya XİN-ə çağırıldı
İsrailin Moskvadakı səfiri Simona Halperin Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlikdən bildirilib ki, İsrail səfiri Rusiyanın xarici siyasət yanaşmalarını və tarixi reallıqları təhrif edən yolverilməz açıqlamaları ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılacaq.
Nazirlik Qalperinin “Kommersant” qəzetinə müsahibəsində verdiyi bəzi açıqlamaların qəbuledilməz olduğunu bildirib.
Qeyd olunub ki, israilli diplomatın bir sıra bəyanatları iki ölkə xalqlarının maraqları naminə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə yönəlməli olan diplomatik missiyanın son dərəcə uğursuz başlanğıcıdır.
ZÜMRÜD