Çexiya XİN ölkə vətəndaşının Azərbaycanda saxlandığını təsdiqlədi...
Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Ermənistandan Azərbaycan ərazisinə qanunsuz keçmək istəyərkən saxlanıldığını təsdiqləyib.
“Çexiya vətəndaşının saxlanıldığını təsdiqləyə bilərik”, - deyə Çexiya XİN nümayəndəsi Mariana Vernerova “Czech News Agency”yə bildirib.
Onun sözlərinə görə, Çexiya vətəndaşının saxlanılmasına səbəb onun Azərbaycan sərhədini qanunsuz keçməsidir.
Qeyd edək ki, şənbə günü Azərbaycan KİV-ləri Çexiya vətəndaşının Ermənistandan Azərbaycana keçmək istəyərkən şərti sərhəddə saxlanılması barədə məlumat yayıb.
ZÜMRÜD