Bakıda daha 3 narkokuryer saxlandı... - VİDEO
Narkokuryerlik etdikləri üçün saxlanılan şəxslərdən 3 kiloqram heroin, marixuana və 400 ədəd tramadol həbi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt ərazisində narkokuryerliklə məşğul olan 21 yaşlı Ağabəy Vəlicanov və əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elxan Həsənov saxlanılıblar.
Onlardan ümumilikdə 2 kiloqram heroin və 1 kiloqram marixuana aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri daha bir əməliyyat nəticəsində güclü təsiredici həblərin satışı ilə məşğul olan 1948-ci il təvəlüldlü Arif Abasov da saxlanılıb. Həmin şəxsdən ümumilikdə 400 ədəd satışı qadağan olunan tramadol həbi aşkar olunub. Arif Abasovun həbləri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.