"Əminəm ki, Azərbaycan xalqı fevralın 7-də Prezident seçkilərində düzgün addım atacaq" - Yeganə Salman
Azərbaycan tarixinin ən mühüm hadisələrdən birinin astanasındadır. Seçkilər müstəqil və suveren Azərbaycanın tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisində, o cümlədən, uzun illərdən sonra azad edilmiş bölgələrində keçiriləcək.
Bunu secki-2024.az saytına açıqlamasında İsrail-Azərbaycan “Azİs” beynəlxalq assosiasiyasının vitse-prezidenti, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman bildirib.
Onun sözlərinə görə, dağıdılmış şəhər və kəndləri yenidən dirçəltməyə, infrastrukturu bərpa etməyə və öz doğma ocaqlarına qayıtmağa başlayan Azərbaycan xalqı ilk günlərdən özünü torpağının əsl sahibi kimi göstərdi.
“İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bütün sahələrinin dirçəldilməsi və bütövlükdə respublika üzrə iqtisadi artımın davam etdirilməsi üçün, ilk növbədə, ölkə iqtisadiyyatının inkişaf templəri davamlı olmalıdır”, - deyən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti vurğulayıb ki, Azərbaycan xalqının son illər ərzində əldə etdiyi təcrübəyə əsaslanıb bu günün reallıqlarından düzgün nəticə çıxarmaq lazımdır.
O, əminliyini ifadə edib ki, Azərbaycan xalqı fevralın 7-də keçiriləcək Prezident seçkilərində düzgün addım atacaq və ən layiqli namizədə səs verəcək.