Yığmamız G2 kateqoriyalı yarışda 4 medal qazanıb
BƏƏ-də taekvondo üzrə keçirilən Fujeyra açıq çempionatı başa çatıb. Azərbaycan millisi G2 kateqoriyalı yarışı 4 medalla başa vurub. Bu barədə baki-xeber.com-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Komandamızın heyətində Milad Beiqi Harçeqani (+87 kq) finala kimi uğurla irəliləyib. Lakin həlledici görüşdə məğlub olduğundan ikinci yeri tutub. Digər taekvondoçularımızdan Cavad Ağayev (74 kq), Məryəm Məmmədova və Səmərrux Osmanova (hər ikisi 49 kq) bürünc medala sahib olub.
İradə SARIYEVA