ATƏT İnstitutunun 7 fevral seçki prosesinə qoşulması niyə önəmli sayılmalıdlr?..
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bir sıra beynəlxalq təşkilatların 7 fevral seçkilər prosesi ilə bağlı müşahidələr, sorğular aparması barədə fikirlərini bölüşüb. A.Quliyev yazır:
"Bəzi beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in Demokratik təsisatlar və İnsan haqları Bürosunun, Amerika təşkilatlarının işğaldan azad edilmiş ərazilərimizdə 7 fevral seçkilər prosesi ilə bağlı müşahidələr, sorğular apararaq müəyyən hesabatlarla çıxış etməkləri hər şeydən qabaq siyasi və strateji əhəmiyyətə malikdir. Onların həmin ərazilərdəki məntəqələrə baş vurmaqlarının özü bir fakt olaraq önəmlidir. Səsvermədən sonra hansı beynəlxalq qurumun hansı hesabatla çıxış edəcəyini öz zamanına saxlayaq. İndilikdə isə Qərb təşkilatlarının seçkidəki fəaliyyətlərinə bir neçə cari və perspektiv prizmadan baxmaq lazımdır.
Əvvala, Beynəlxalq təşkilatlar azad edilmiş ərazilərimizdə birbaşa seçki prosesinə daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünə və süverenliyinə qeyd- şərtsiz dəstək verdiklərini nümayiş etdirirlər .
İkinci, ATƏT, bəzi Qərb təşkilatları işğaldan azad edilmiş ərazilərdəki seçki proseslərinə daxil olmaqla 7 fevral seçkilərini Azərbaycanın bütün ərazilərində keçirilən ilk süveren seçki kimi qəbul etdiklırini ifadə edirlər.
Üçüncü, Ermənistanın revanşist qüvvələrinə açıq mesaj verilir ki, hazırda Azərbaycanın seçki proseslərinə cəlb edilmiş yeni ərazilərindəki status- kvonu gələcəkdə kiminsə dəyişdirmək cəhdləri qəbul edilməzdir.
Dördüncü, seçki məsələlərində Azərbaycanla dinamik əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirirlər.
Beşinci, 7 vevral seçki prosesinə bu və ya digər səbəbdən qatılmamış bəzi məlum beynəlxalq dairələrin mövqeyini bölüşmıdiklərini ifadə edirlər ki, bu da prinsipial əhəmiyyət daşıyır."
Mətləb