Hakan Fidan “F-16” qırıcıları barədə danışdı: "hansısa qəbuledilməz şərtlərin.."
Türkiyənin xarici işlər naziri Hakan Fidan mediaya açıqlamasında bəyan edib ki, ölkəsinin “F-16” qırıcılarının yeniləməsi ilə bağlı proses ABŞ-da davam edir. "İki həftəlik bir gözləmə müddəti var. Bu, ikihəftəlik proses müddəti gələn şənbə günü başa çatacaq." -nazir bildirib
Türkiyənin “F-35” layihəsinə qayıtması barədə sualı cavablandıran nazir bununla bağlı hansısa qəbuledilməz şərtlərin irəli sürüləcəyi təqdirdə başqa alternativlər axtarmağa davam edəcəklərini deyib.
Mətləb Salahov