Yəmən Husiləri Bakı neftini də "vurdular"...
Oktyabrın 7- də İsrailin Qəzzaya təcavüzündən sonra Yəmən husilərinin İsrailə qarşı müharibəyə başlaması Yaxın Şərqdə böhranı daha da dərinləşdirdi .Məlumdur ki, Yəmən husiləri Süveyş kanalı ilə Qırmızı dəniz boyu yük daşımalarında ABŞ və onun müttəfiqlərinin gəmilərinə açıq hücumlar edirlər.Husilər Rusiyanın neft və digər yük gəmilərinə isə toxunmurlar.Qırmızı dənizdə husilərin cəza əməliyyatları Süveyş kanalı vasitəsilə daşımaları əhəmiyyətli dərəcədə azaldıb.Husilər İsrailin və onun müttəfiqlərinin hamısının yük gəmilərini vuracaqlarını açıq bəyan ediblər.Bu üzdən bir çox ölkələr yük gəmilərinin Süveyş kanalından keçidini könüllü olaraq dayandırıb və alternativ marşrutlara baş vururlar.
Baxmayaraq ki, Azərbaycan İsrail- Qəzza müharibəsində beynəlxalq hüququn qızıl normalarına tam uyğun olaraq neytral mövqe tutur və Azərbaycanın neftini daşıyan gəmilərə Qırmızı dənizdə heç bir təhlükə yoxdur, lakin Ceyhan limanından Azərbaycan neftini daşıyan gəmi şirkətləri artıq öncədən təhlükəsizlik olsun deyə alternativ marşrutlara baş vurublar.Məsələn ,Ceyhandan 1 milyon barel Azərbaycan neftini götürmüş gəmi yanvarın 22-də Ceyhandan çıxmış , Süveyşdən yox, Afrikanın " Ümid " burnundan keçərək Tailanda istiqamət götürüb.Gəminin martın 8- də Tailanda çatacağı gözlənilir.
Qeyd edək ki, Süveyşdən yan keçən marşrutlar təbbi ki, daşınmanın effektini aşağı salır...
Ancaq nə edəsən....Qırmızı dənizdə yaranmış şərait özü bunu diktə edir.
Nahid Salayev