Tərtərdə mülki şəxs minaya düşdü...
Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əliyev Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.
Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb. qeyd edilir ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
ZÜMRÜD