Cəbhədəki uğursuzluq Ukraynada ordu rəhbərliyilə prezidenti üz-üzə qoydu - Zalujn Zelenskini ittiham edir...
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujn ölkə hökumətini ordunun düzgün toplanmasına mane olmaqda ittiham edir, – bu barədə məqaləni “Bloomberg” dərc edir.
Nəşr yazır ki, Ukraynanın 2023-cü ilin yayında başlayan əks-hücum əməliyyatının uğursuzluğu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə ölkə prezidenti Volodimir Zelenski arasında gərginliyi daha da artırıb.
“İxtilafın bir neçə səbəbi var. Məsələn, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı yeni səfərbərlik dalğasını fəal şəkildə dəstəkləyir və ictimai etimad səviyyəsində ölkə prezidentini qabaqlayır ki, bu da onların münasibətlərini yalnız çətinləşdirir. Volodimir Zelenski general Zalujnu vəzifəsindən uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib. Bütün bunlar onların arasında getdikcə güclənən münaqişənin nəticəsidir”, – “Bloomberg” yazır.
Məqalədə deyilir ki, Zalujn həm hərbçilər, həm də mülki şəxslər arasında nüfuza malikdir, o, tabeliyində olanlarla bərabər münasibətdə olur, “ictimai profil” yaratmaqla yox, öz işi ilə məşğuldur.
ZÜMRÜD