“Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzi” ilə Bütöv Azərbaycan Ocaqları arasında ilkin razilaşma
Azərbaycan Cümhuriyyətinin banisi, ilk cümhurbaşqanı, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Bütöv Azərbaycan Ocaqlarının (BAO) qərargahında keçirilən tədbirdə Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Mərkəzinin sədri, professor Nəsiman Yaqublu ilə BAO-nun Türk dünyası ilə əlaqələr üzrə müavini, dosent Faiq Ələkbərli arasında Məhəmməd Əmin Rəsulzadə ilə bağlı tədbirlərin birgə həyata keçirilməsi haqqında ümumi razılaşma olub.
İlk olaqraq belə bir razılaşma əldə olunub ki, cari ilin martın 6-da M.Ə.Rəsulzadənin vəfat günündə, Rəsulzadənin digər əsas tədqiqatçılarının da iştirakını təmin etməklə birgə “Anım günü” tədbiri keçirilsin.