Qərb Rusiyanın dondurulmuş aktivlərini ələ keçirməyin yollarını axtarır - Avropa Bankı isə qarşı çıxır…
Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini ələ keçirmək üçün müxtəlif variantları nəzərdən keçirir. “Financial Times”ın yazdığına görə, Ukrayna ilə müttəfiq olan Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərindən “borcun qaytarılmasına zəmanət kimi” istifadə edərək Kiyevə kömək etmək üçün bazarlardan borc almağı planlaşdırır.
Belçikanın G7 ölkələrinə göndərdiyi plana görə isə, Rusiyadan borc öhdəliklərini ödəməsi tələb olunacaq və imtina edərsə, aktivlərinə həbs qoyulacaq. İki G7 ölkəsinin nümayəndələri də Belçikanın təklif etdiyi planın Rusiyanın aktivlərini müsadirə kilidini açmaq üçün yaxşı variant olduğunu bildiriblər. Birləşmiş Ştatlar da Rusiya aktivlərinə həbs qoymağın yollarını tapmağa çalışır, ancaq Almaniya, Fransa, eləcə də Avropa Mərkəzi Bankı buna qarşı çıxaraq aktivlərin ələ keçirilməsinin maliyyə sabitliyini təhdid etdiyini bildirirlər.
TAHİR