Ağ Ev Nümayəndələr Palatasının İsrailə yardım haqqında qanun layihəsinə qarşı çıxdı
ABŞ prezidenti Co Baydenin administrasiyası Nümayəndələr Palatası tərəfindən hazırlanan İsrailə sərhədin möhkəmləndirilməsi olmadan əlavə yardım və Ukraynaya yardım tədbirlərinin maliyyələşdirilməsi haqqında qanun layihəsini tənqid edib.
"Nümayəndələr palatasının respublikaçıları son mənasız siyasi manevrlərini həyata keçiriblər. İsrailin təhlükəsizliyi siyasi oyun deyil, müqəddəs olmalıdır. Biz sərhədin təhlükəsizliyini təmin etmək üçün heç nə etməyən, Ukrayna xalqına kömək etmək üçün heç nə etməyən bu hiyləyə qətiyyətlə qarşı çıxırıq", - Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin yaydığı bəyanatda deyilir.
«Nümayəndələr palatasının respublikaçıları bunun əvəzinə milli təhlükəsizliyin bu aktual məsələləri üzərində Administrasiya və Senatın etdiyi kimi iki partiyalı əsasda işləməlidirlər» - deyə o vurğulayıb.
ZÜMRÜD