Suqovuşanda 30 il sonra seçki - məntəqədə 162 nəfər seçici qeydə alınıb...
Prezidenti seçkilərinə hazırlıq işləri işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində yaradılmış 58 saylı məntəqədə də başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, seçki məntəqəsində 30 ildən sonra doğma yurda qayıtmış Talış kənd sakinləri ilə yanaşı, Suqovuşan qəsəbəsində həyata keçirilən tikinti işlərində çalışanlar da səs verəcəklər. Seçki məntəqəsi səsvermə üçün tam hazırdır.
Məntəqə üzrə 162 nəfər seçici qeydə alınıb. Seçicilərdən ən gənci 2006-cı il təvəllüdlü Səbinə Allasova, ən yaşlı seçici isə 1936-cı ildə anadan olmuş Paşa Omarovdur. Həm Talış sakinləri, həm də Suqovuşan qəsəbəsinin tikintisində çalışanlar 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçiriləcək seçkilərdə böyük qürur və sevinclə səs verəcəklərini bildirirlər.