Gürcüstanın yeni baş naziri Azərbaycanla sonrakı münasibətlərdən danışdı - Avropa dövləti quruculuğu....
Ötən günlərdə Gürcüstanın baş naziri Qaribaşvilinin istefa verməsi və "Gürcü arzusu" partiyasının sədri İrakli Kobaxidze ilə yerlərini dəyişmək barədə razılığa gəldikləri barədə xəbərlər yayılıb . Məlumatlara görə Kobaxidze fevralın 8- də Gürcüstan parlamentində özünün "Avropa dövləti quruculuğu naminə Proqram" adlı platformasını təqdim edəcək. Kobaxidze Cənubi Qafqazda sülh və sabitliyin möhkəmləndirilməsi üçün balanslı siyasəti gücləndirmək, habelə Türkiyə, Azərbaycan və Ermənistanla indiki dinamik əməkdaşlığı gücləndirmək fikrində olduğunu bildirib.
Lakin ən müxtəlif mənbələrdən gələn məlumatlar belə qənaətə gəlməyə əsas verir ki, Kobaxidze xarici siyasətdə qərbyönümlü təmayülə üstünlük verəcək ki, bu da onun Ermənistanla daha da yaxınlaşacağını söyləməyə əsas verir.
Namiq Quliyev