Almaniya və Ukrayna arasında təhlükəsizlik sazişi bu tarixdə imzalanacaq
Almaniya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq sazişi yaxın vaxtlarda imzalana bilər. Bu barədə “Qazeta.ru” saytı Almaniya mediasına istinadla məlumat yayıb. Məlumata görə, sazişin layihə variantı artıq hazırdır və onun fevralın 16-18-də baş tutacaq Münhen Təhlükəsizlik Konfransında imzalanması planlaşdırılır.
Lakin razılaşmanın təfərrüatları barədə məlumat verilmir.
Mətləb Salahov