Erməni lobbisi ABŞ- da 1976 - cı ildən sonra 2- ci ölkədir ki, bunu Azərbaycana qarşı edir..
ABŞ senatorları Ed Marki və Bill Kessidi Senata Azərbaycanın əleyhinə olan qətnamə layihəsi təqdim ediblər. Layihəni Bob Menendes, Harri Pitter ,Şeldman və digərləri daxil bir neçə senatorlar da dəstəkləyib. Layihəni müdafiə edən senatorların birmənalı ermənipərəst olduqlarını və erməni diasporunun xeyrinə muzdla lobbiçilik etdiklərini bilirik. Belə layihələr erməni lobbiçiləri tərəfindən çox irəli sürülüb. Bu layihənin özəlliyi odur ki, 1976- cı ildən sonra bu, ABŞ tarixində 2- ci fakt ola bilər. Məsələ burasındadır ki, senatorlar təklif etdikləri layihə əsasında Dövlət Departamentindən konqresə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat təqdim edilməsinə nail olmaq istəyirlər.Təklif edilən layihədə Azərbaycanın guya Qarabağ ermənilərinin və ümumiyyətlə insan hüquqlarını pozduqları iddia edilir və ABŞ- ın xarici yardımlar haqqında qanunun 502B maddəsinə görə insan hüquqları məsələsinə söykənərək Azərbaycana təhlükəsizlik sahəsində yardımların kəsilməsinə nail olmaq istəyirlər.
Əgər layihə senatda qəbul edilərsə və Dövlət Departamentinə göndərilərsə ,bu 1976- cı ildən sonra Konqresin hansısa ölkə ilə bağlı Departamentdən hesabat aldığı ikinci hadisə olacaq. Təbii ki, ABŞ- ın təhlükəsizlik məsələsində Azərbaycana yardımı o qədər həlledici deyil.Lakin erməni lobbisi məşhur senatorlar da daxil olmaqla Azərbaycan əleyhinə intensiv işlər görməkdədirlər .
Nahid Salayev