Laçında qeydiyyata alınan seçicilərin sayı açıqlandı...
121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsində 1 464 seçici qeydiyyata alınıb.
Secki-2024.az xəbər verir ki, məntəqə Mərkəzi Seçki Komissiyası tərəfindən bütün lazımi avadanlıqlarla təmin edilib.
Məntəqə üzrə ən yaşlı seçicinin 96 yaşı var və bu yaşda olan iki nəfər fevralın 7-də səyyar seçki qutusu ilə evlərində səs verəcəklər.
Bundan başqa, seçicilərin tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var.