Beynəlxalq Məhkəmə Rusiyaya qarşı genosid iddiasını araşdırmağa qərar verdi..
Məlumdur ki, Ukraynaya təcavüz başlayandan Ukrayna Rusiyaya qarşı 2 iddia ilə Beynəlxalq məhkəməyə müraciət edib. Ukraynanın Rusiyaya qarşı terrorun maliyyələşdirilməsi və irqi ayrı- seçkiliyin bütün əlamətlərinin ləğv olunması adlı ittihamı qismən təmin olunub.Beynəlxalq məhkəmə bu qərara gəlib ki, Ukraynanın qondarma Luqansk və Donetsk respublikalarının rəhbərlərinə qarşı iddialarını Rusiya tam müdafiə edə bilməyib. Eyni zamanda , məhkəmə Krım tatarlarına və ukraynalılara qarşı ayrı- seçkilik edildiyi barədə Ukraynanın iddialarının Rusiya tərəfindən lazımınca tədqiq edilmədiyi qənaətinə gəlib.
Beynəlxalq məhkəmə Ukraynanın genosid ittihamı üzrə Rusiyaya qarşı iki istiqamətdə araşdırma aparacaq.
1.Ukrayna yerli ruslara qarşı genosid siyasəti aparıb, ya yox.
2.Rusiyanın genosid elementlərini əsas tutaraq Ukraynanı cəzalandırmağa səlahiyyəti var, ya yoxdur.
Qeyd edək ki, 2022- ci ilin 22 sentyabrında Rusiya təcavüzə başlayanda Putin Ukraynanı yerli ruslara qarşı alçaldıcı siyasət aparmaqda və genosid etməkdə ittiham etmişdi. Ukrayna bu ittihamı qəbul etmədi və dərhal Putinin sözləri ilə bağlı Beynəlxalq məhkəmədə iddia qaldırdı. Bu ay Beynəlxalq məhkəmənin Rusiyaya qarşı göstərilən ittihamı araşdıracağı gözlənilir.
Nahid Salayev