KÖHNƏ VERSİYA            

Korsikalılar Fransa polisinin repressiyasına etiraz edirlər!

Image

Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. Ölkədə yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600–dən çox fəalı bir araya gətirib. Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər. Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib.

Konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. Polisin həbs etdiyi və Parisə göndərdiyi “Nazione”nin iki fəalının dərhal azad olunmasını tələb ediblər. Həmçinin daxili işlər naziri J. Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişinə çağırıblar.

“Nazione” Partiyasının baş assambleyasının ilk iclasından cəmi iki gün sonra Fransa dövləti bu yeni siyasi təşəbbüsün uğuruna yenə də repressiya dalğası ilə cavab verdi, iki fəalımız və milli koordinasiyamızın üzvləri Anto Simoni və Nikolas Pinzuti həbs etdi.

Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) göstərişi ilə həyata keçirilən bu alçaq polis əməliyyatı fəallarımız və onların ailələrinə qarşı qəsdən təcavüz törətmək istəyini açıq şəkildə əks etdirir. Belə ki, onların evlərinə hücum edilərək, qapıları partlayıcılarla dağıdılıb, uşaqlarının gözü önündə ataları yerə yıxılaraq həbs olunub, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb, siyasi və peşə öhdəliklərində vicdanlı və hörmətli olan iki fəal arbitrar şəkildə Parisə göndərilib.

Bu gün “Nazione” dinc insanlara qarşı ən pis avtoritar rejimlərə layiq olan bu acınacaqlı və qəbuledilməz təcrübələri pisləyir”, - deyə partiya üzvləri yerli və xarici mətbuat qarşısında bəyan ediblər. Bildirilib ki, onların fəallarının yeri Korsika torpağında ailələri arasında, iş yerlərində və ölkələrini yaşatmaq uğrunda apardıqları mübarizə meydanındadır. Onların azadlığa buraxılması tələb olunur.

“Milli azadlıq hərəkatına qarşı bu yeni təcavüzün yeganə məqsədi “Nazione”nin yaradılması ilə meydana gələn böyük xalq hərəkatını dayandırmağa və onun siyasi iradəsini susdurmağa çalışmaqdır. Fransanın siyasi liderləri və Korsikadakı bəzi siyasətçilər bu çağırışlar üçün hər hansı siyasi motivi bir daha güc amilinə söykənərək rədd edəcəklər. Bir daha bəyan edirik ki, “Korsika işləri” ilə bağlı siyasi və məhkəmə hakimiyyətlərinin müstəqil olmasının söyləmək bir “əfsanədir” və çərşənbə axşamı günü həbslər siyasi ədliyyənin əmri ilə siyasi polis tərəfindən həyata keçirilib.

Həqiqətən də, proses indi məlumdur və çox kobud formaya çevrilib: müstəqillik hərəkatının hər bir təşəbbüsünə mexaniki şəkildə repressiya ilə cavab verilir.

Bu repressiv əməliyyatların gələn həftə daxili işlər naziri J.Darmaninin gəlişinin elan olunması ilə üst-üstə düşməsi də təsadüfi deyil. Fransız polisinin bu addımı Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq siyasətinin bir hissəsidir. Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətli müdafiəsinə əsaslanır”, - deyə siyasi partiyanın sözçüsü vurğulayıb.

Qeyd edilib ki, yüzlərlə “Nazione” fəalı partiyanın siyasi cərəyanının ümumi istiqamətinə dair keçirilmiş səsvermədə partiyanın siyasi hərəkatının hər zaman ölkədə real siyasi həllin və real sülhün lehinə əsas aktor olduğunu bir daha təsdiqləyib. Bununla belə, sülh gətirən siyasi həll yolunun axtarışı heç vaxt Korsika xalqının gələcəyi üçün əsas olan bütün tələblərdən imtina etmək demək deyil.

“Heç vaxt repressiya milli mübarizəmizi nə susdura, nə də boyun əyməyə məcbur edə bilməz. “Nazione” yaxın günlərdə siyasətimizlə razılaşan bütün korsikalıları bir araya gətirərək siyasi layihəsini populyarlaşdırmağa davam edəcək”, - deyə partiya üzvləri yaxın günlərdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini diqqətə çatdırıblar.

Konfransın sonunda “Nazione” fəalları gələn həftə daxili işlər naziri J.Darmaninin Korsikaya səfərinə görə “Korsika xalqının hüquqları uğrunda! Repressiyaya son! Yaşasın millət!” şüarları ilə etiraz nümayişinə çağırış ediblər.

Sonda partiya üzvləri 18 maskalı fransız polisinin “Nazione”nin fəallarının evinə basqın etməsinin bir daha qəbuledilməz olduğunu bildiriblər. Bunun repressiyanın son həddi olduğunu deyərək, özünü hüquqi dövlət və insan hüquqları beşiyi hesab edən Fransanın, əslində demokratik deyil, diktatura yönlü olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, belə vəziyyət yalnız avtoritar rejimdə mümkündür. Ancaq bütün bu repressiyalar korsikalıların iradəsini sındıra bilməyəcək və onlar azadlıqları uğrunda mübarizəni əzmlə davam etdirəcəklər.

Mətləb Salahov








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031