Rusiya Ekvadorla "banan müharibəsinə" başladı....
Yanvarın sonunda Ekvadorun yeni seçilmiş prezidenti Noboa vaxtilə Rusiyanın bu ölkəyə satdığı silah- sursatları Ukraynaya vermək üçün ABŞ- a qaytaracağını bildirmişdi .Noboa demişdi ki, əslində metallomdan başqa nəyəsə yaramayan bu silahların əvəzində Amerikadan 200 milyon dollarlıq müasir silah və texnika alacaq.
Rusiyanın cavabı gecikmədi. Zaxarova bəyan etdi ki, bəlli dövlətlər Ekvadora təsir göstərir. Üstəlik ,Rusiya dövləti Ekvadorun banan ixrac şirkətlərinə məktub göndərərək bananlarda hansısa virusların olduğunu bildirib və ticarəti dayandırdığını bəyan edib. Buna, "Əsil banan" müharibəsi deyərlər. Elə ki, köhnə rus silahları metallom adı ilə Amerikaya verildi, həmin an bananlara da virus düşdü.....
Məlumdur ki, Latın Amerikasının Ekvador dövləti dünyanın ən böyük banan ixracatçılarından biri hesab olunur.
Namiq Quliyev