Mərkəzi Bank sədrliyində heç 6 ay da duruş gətirə bilmədi - "Prezidentdən məni çıxarmasını xahiş etdim"....
Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan istefa verib. Türkiyə mətbuatının yazdığına görə, Mərkəzi bankın xanım rəhbəri istefasını şəxsi həyatı ilə əlaqələndirib. "Hazırda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatların artması, iqtisadi göstəricilər, inflyasiya tendensiyası bu uğurun sübutudur. Müsbət irəliləyişlərə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar nüfuzuma qarşı böyük kampaniya keçirilib.
Bunun ailəmə və yaş yarımlıq övladıma təsir etməməsi üçün Prezidentdən vəzifəyə təyin olunduğum ilk gündən şərəflə yerinə yetirdiyim vəzifələrimdən azad etməyi xahiş etdim”, - Erkan TRT telekanalında yayımlanan müraciətində bildirib.
Mətləb Salahov