KÖHNƏ VERSİYA            

KAMRAN HACIYEV dastanı

Image

“O bir başqaydı” dedi tanıyanlar.

Ona “bizim Mübariz”,”Mixaylo” deyirdilər.

“O, əsil milli qəhrəman idi”-dedi bütün döyüş yoldaşları komandiri Səyavuş İmranov kimi.

Ərgünəş uğrunda ağır döyüşlər gedirdi. Düşmən minamyotları susmurdu. Pulemyotu təkbaşına ən uca nöqtəyə qaldırdı.Əks-hücuma qarşı döyüşdü, qələbəyə yol açdı. Dəqiq, sərrast zərbələri, məğrur duruşunda qələbəyə inam vardı həmişəki kimi. Bu döyüşdə yeddi şəhid versələr də, Ərgünəş azad olundu. Onu snayperlə vurdular... 

- İki oğlum var. İkisi də Tovuz hadisələrindən sonra könüllü yazılmışdılar. İkisinə də “halal olsun” demişdim.Qardaşını çağırmadılar. Kamrana qismət oldu vətən uğrunda döyüşmək. Arada danışırdıq. “Özünüzə yaxşı baxın, mən yaxşıyam. Sən rahat ol. Həmişə oğlunla fəxr edəcək,“Mən kişi böyütmüsəm” deyəcəksən”- sözü bu idi. Bir də demişdi ki, mənə təzə geyim dəsti alarsan, Gələndə geyinəcəm. Dedim”narahat olma, ən gözəl kostyumu alacam sənə”.Ən gözəl geyimi özü seçdi. Bayrağa bürünüb gəldi. Oktyabrın 21-də danışdıq son dəfə. Mənim oğlum üzbəüz, təkbətək döyüşdə erməniyə can verməzdi, snayperlə vurublar namərdlər-bunları deyə bildi ata.

Oktyabrın 22-də isə bütün Şüvəlan camaatı yollarda idi. “Şəhidlər ölməz, vətən bölünməz” sədaları Xəzərin səsinə qarışmışdı. Hamının əlində vətən bayrağı vardı; Onu qarşılayırdılar..: O da bayraqla gəlirdi-Kamran Füzuli oğlu Hacıyev. 

1994-cı il yanvarın 16-da Bakının Şüvəlan qəsəbəsində anadan olmuşdu 2020-ci il oktyabrın 22-də qəhrəman kimi  kəndinə qayıdan Kamran.

2000-ci ildə məktəbə gedib. Şüvəlandakı İlqar Muradov adına 237 №li tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə 9 illik təhsil aldıqdan sonra maşın ustası olur. Amma bir peşəylə kifayətlənmir, daşı daş üstə qoyub ev tikir, suvaq edir, bütün təmir işlərini  öyrənir Kamran.Tanıyanların dediyi kimi” bacarmadığı iş yox idi”. Onu hamı sevirdi:dost-tanış, müəllimlər, qohum-əqraba.Sevgiylə böyüdü Kamran. Amma vətən acısı, işğalda olan torpaqların ağrısı, Xocalı yanğısı da böyüdü onunla birgə.

2012-2013-cü illərdə Tovuzun Ağdam kəndində həqiqi hərbi xidmətdən çavuş kimi qayıdanda hərbiçi olmaq istədiyini söyləmişdi valideynlərinə.

Cəbrayıl, Xocavənd, Füzuli, Hadrud uğrunda döyüşlərin iştirakçısı idi qəhrəmanım.

“Çox diqqətli, məsuliyyətli, vətənsevdalıydı oğlum. Əlindən hər iş gəlirdi, amma döyüş yoldaşları danışdıqca düşünürdüm ki, oğlumu tanımamışam. Necə qorxmaz imiş. Övlad itgisindən dözülməz heç nə yoxdu. Çox ağır, ağrılı olsa da,  belə oğulun anası olmaq qürurvericidi.”- deyirSevinc xanım.Göz yaşı da danışır. Oğlunun igidliyindən söhbət açanlara qulaq asdıqca “mən başqa cür oğul böyüdə bilməzdim” deyir ananın göz yaşları.

2016-cı ildə Tapqaraqoyunlu istiqamətindəki əməliyyatların iştirakçısı olub. İgidliyinə görə növbəti rütbəylə təltif olunub Sonra ehtiyatda olub. Qarabağ müharibəsinin qazisi olan kapitan Rauf Əliyev müharibə başlayanda tabor komandirinin təlim-tərbiyə işləri üzrə müavini kimi döyüşlərə qatılıb:Kamrandan nə qədər danışsam azdı. Uşaqlar hərəsi bir igiddi mənim üçün, amma o bir başqaydı. Bizim təminatçımız idi elə bil. İnsanlığı,mərdliyi ilə hamımızın sevimlisi idi.Elə olub bir-neçə gün mühasirədə qalmışıq.  Ərzaq bir yana, susuz əziyyət çəkmişik. Bir də görürdük Kamran su bitonları ilə gəlir. Ermənilər olan əraziyə gedirdi, ərzaq gətirirdi. Kamran vardısa, kimsə ac-susuz qalmazdı. Sehrbaz kimiydi. İnsan nə qədər qorxmaz, cəld, bacarıqlı olar.Ən çətin tapşırıqları ona verirdik. Əsil hərbiçi idi. Minamyotun səsindən harda olduğunu müəyyən edirdi. Taborun ürəyi idi. Bir dəfə birlikdə su gətirməyə getmişdik. Orda bayrağımız  dalğalanırdı. Getdi dayandı bayrağın yanında dedi: Bu bayrağa bax, bu bayraq üçün şəhid olmağa dəyər...

Səyavuş Saleh oğlu İmranov 1972-ci ildə Samux rayonu Qarayeri qəsəbəsində anadan olub. 1989-1994-cü illərdə Azərbaycan Texniki universitetində həm də hərbi təhsil alıb. Baş leytenantdı. 1996-2000- ci illərdə hərbi xidmətdə  Ağdam bölgəsində tağım komandiri olub. Sonra ehtiyata buraxılıb. 30 il neft sənayesində çalışan Səyavuş İmranov fəxri neftçidir. 2-ci Qarabağ savaşının qazisidir. Baş leytenantla danışdım, döyüş xatirələrini bölüşdüyü kadrlara baxdım: 20 ildi ehtiyatdaydım.Tovuz hadisələri zamanı hərbi səfərbərbərliyə könüllü qoşuldum. İlk gündən müharibədə olmuşam. Füzuli, Cəbrayıl, Xocavəndin azad olunması uğruna döyüşlərdən keçdim. Hər şəhid, hər qazi, müharibədə olanhər bir oğul, hər döyüşçü mənim üçün qəhrəmandı. Amma Kamran tamam fərqliydi. Bölüyün qoruyucu mələyi idi. Bir də görürdüm Kamran yoxdu. Bir-neçə saatdan sonra ərzaqla, su ilə qayıdırdı. Düşmən tərəfə necə keçirdi, o ərzaqları necə gətirirdi...Bir dəfə də yeməyə heç nə qalmamışdı, çox əziyyət çəkirdi uşaqlar. Yenə Kamran yoxa çıxdı. Ermənilərin olduğu kəndə gedib. Ərzaq tapa bilməyib. Qurutmaq üçün sərdikləri qozu iki kisəyə yığıb gətirmişdi. İnanırsız möcüzə kimiydi. Bizdə kəşfiyyat manqası olur. Döyüşdə, hücumda onlar öndə gedir. Yəni bu ən təhlükəlidi, candan keçməkdi.O, həmişə kəşfiyyat manqasında olurdu. Kamran əsil milli qəhrəman idi. Təsəvvür edəndə belə heyrətlənirsən bu cəsurluğa.

- Vətənin ərazi bütövlüyü uğrunda döyüşmək, bu döyüşlərdə qalib olmaq, şəhid olmaq şərəfdi. Kamran kimi döyüşçü, dost, insan olmaq da şərəfdi. Hadrut uğrunda döyüşlər idi. Dörd gün idi ərzaq bitmişdi. Düşmən əsgərinin paltarını geyib, ermənilərin arasına getmişdi, ərzaq gətirmişdi. Çox qorxmaz idi. Yemək gətirərdi, özü yeməzdi, su gətirərdi özü içməzdi. Biz güclə verirdik ona bir içim suyu da. Çoxumuz son dəfə onun əlindən su içmişik, yemək yemişik. Bölüyün tacıydı –deyir döyüş yoldaşı Kərim Şərifov.

Döyüş yoldaşlarının “ikinci Mübarizimiz”, “Mixaylo” dedikləri Kamranla bağlı söhbətləri dinləyirəm, görüntülərə baxıram. Adi günlərdə, onun anım günlərində olan çəkilişləri izləyirəm. Onlarla döyüş yoldaşı, zabitlər Sevinc ananın qarşısında baş əyir, əllərindən öpür, həyatı üçün Kamrana borclu olduğunu deyir. Düşünürsən ki, vətən elə belə oğullar böyüdən analardı. Elə Sevincdi vətən. Onlara görə ana demişik vətənə.

Sevinc xanımın aramla dedikləri səslənir ürəyimdə: Elə əvvəldən hərbiyə marağı vardı. Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Maxe olmaq istəyirdi. Müraciət etmişdi. Tovuz hadisələri baş verəndə hərbi komissarlıqdan əl çəkmirdi. Polad Həşimovun ölümündən çox sarsılmışdı. Ümumiyyətlə,Qarabağın, Xocalının adı çəkiləndə dözə bilmirdi. Müharibə başlayan kimi dedi ki, ana, mən gedirəm. 29-da tezdən getdi hərbi komissarlığa, həmin gün də yola düşdü.Həqiqi hərbi xidmətdə manqa komandiri olmuşdu. Bu döyüşlərdə də manqa komandiri idi oğlum.

Bir də Leyla xanımın sözlərini eşidirəm: Bütün şəhid ailələrinə başsağlığı verirəm, həm də onlara səslənirəm: Oğullarınızla fəxr edin. Necə ki, mən nəvəm Kamranla fəxr edirəm.Analar dünyaya oğul gətirir. Oğul nə üçündür? Vətənin dar günündə sinəsini sipər eləsin düşmənə. Onlar da sipər oldular. Təkcə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”. “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmayıb Kamran. O bir dastan yazıb:Kamran dastanı.

2022-ci ilin Zəfər günündə 3-cü dərəcəli “Vətənə xidmətə görə”ordeni ilə təltif olunub. Bu il isə Kamran Hacıyev “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarına təqdim olunub.  İndi ölkəmizdə igidlərimizin adını daşıyan  küçələr var.Bu küçələr həm də bizim ömür yolumuzdu. Gələcək nəsillərin ömür yoludu-Şüvəlandakı Kamran Hacıyev küçəsi kimi. Biz bu yolları qürurla, həm də ləyaqətlə keçməliyik.

P.S. Sevinc xanım tanışlığımıza, oğlu haqda yazacağıma çox sevindi. Oxucum imiş. “Sizi nə qədər sevdiyimi bilsəniz...-dedi. Şəhid ailələrindən çox xoş sözlər eşidirəm. Ən böyük mükafatdı onlar.

Kamalə Abiyeva








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031