Ukraynada prezidentlə baş qərargah rəisi arasında nə baş verir – “ABŞ Zelenskiyə qarşı Zalujnini dəstəkləyəcək...”
“Washington Post” qəzeti Ukrayna prezidenti ilə baş qərargah rəisi arasında səfərbərlik məsələsində fikir ayrılığının olduğunu iddia edib.
Qəzetin yazdığına görə, Zalujnı Zelenskidən səfərbərlik çərçivəsində daha 500 min nəfərin orduya cəlb edilməsini xahiş edib, lakin Zelenski ölkənin maliyyə vəziyyətini əsas gətirərək bu təklifə yox cavabı verib.
Almaniyanın “Berliner Zeitung” qəzeti isə ABŞ-ın Ukrayna prezidenti Zelenskiyə qarşı Baş Qərargah rəisi Zalujniyə dəstək verəcəyini iddia edib.
Qəzet yazır ki, prezidentlə baş qərargah rəisi arasında gərginlik artarsa, ABŞ Zelenski əvəzinə Baş Qərargah rəisi Zalujnıya dəstək verməyə üstünlük verəcək.
TAHİR