KÖHNƏ VERSİYA            

Fransa Cənubi Qafqaza həsrət qaldı…

Image

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən Prezident İlham Əliyev Azərbaycanla Qərb, xüsusən də Fransa barədə maraqlı fikirlər səsləndirdi. 

Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu deyən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlət başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı.

Qeyd edək ki, məhz Azərbaycan onun işğal siyasətinin qurbanı olmasına baxmayaraq, Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif edib. Lakin münaqişənin başa çatmasından 3 ildən çox vaxt ötməsinə baxmayaraq, Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan yayınır, üzərinə götürdüyü öhdəliklərinin icrasını ləngidir. Burada isə Fransa kimi ölkələrin Ermənistana təsiri özünü qabarıq büruzə verir. Fransanın Cənubi Qafqazda sülhün əldə olunmasını istəmədiyini və Ermənistanı silahla təmin etdiyini ekspertlər məhz bu fonda qiymətləndirir. Parisin addımları sülhə xidmət etməyən və yeni münaqişəni alovlandırmaq niyyətində olan yanaşmadır. Fransanın, onun dövlət qurumlarının ölkəmizə qarşı atdığı addımlar anti-Azərbaycan siyasətinin nəticəsidir. 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirlərindən sonra bu proses daha da sürətlənib. Bu ölkənin İrəvandakı səfiri Olivye Dekotini hökumətdən aldığı tapşırıq və əmrə uyğun fikirlər səsləndirir. O bildirib ki, Ermənistan öz suverenliyini və əhalisini qorumaq qabiliyyətində olmalıdır. Erməni ordusunun yaranmasının ildönümünə həsr olunan tədbirlərə qatılan diplomat bir sıra məsuliyyətsiz bəyanatlar verib. O iddia edib ki, Paris İrəvanla strateji yaxınlığı, eləcə də onunla müdafiə münasibətlərini üzərinə götürür. Amma Fransa hakimiyyəti hələ də anlamaq istəmir ki, erməni ordusunu nə qədər gücləndirməyə çalışsa da, səyləri nəticəsiz qalacaq. Fransa hər vəchlə Ermənistanla bağlı məkrli planını həyata keçirməyə, Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa, anti-Rusiya əhvali-ruhiyyədən yararlanmağa çalışır. Yəni Rusiya hərbi bazasının əvəzinə, oraya fransız hərbçilərin daxil olması üçün əlindən gələni əsirgəmir. Bu səbəbdən Fransanın Cənubi Qafqaz siyasəti iflasa uğrayır. Fransanın atdığı addımlar Ermənistanın yanında olduğu görüntüsü yaratsa da, Parisin İrəvana qarşılıqsız yardım göstərmədiyi də sirr deyil. Fransanın əsl hədəfi Cənubi Qafqazda yenidən qarşıdurmalar yaratmaq və İrəvanın əli ilə regionda mövcud olmaqdır. Fransızlar üçün bu məqsədin icrasında ən uğurlu vasitə məhz Ermənistandır. 

O da faktdır ki, Afrikada, Yaxın və Uzaq Şərqdə Fransa tərəfindən həyata keçirilən neokolonializm siyasəti milyonlarla insanın əsas hüquqlarının kobud şəkildə pozulmasına səbəb olub. XX əsrin ikinci yarısı boyunca Əlcəzairdə, dənizaşırı ölkələrdə ətraf mühitin deqradasiyasına, insan hüquqlarının pozulmasına səbəb olmuş Fransa müstəmləkəsi altında yaşayan insanların hüquqlarını kobud şəkildə pozmaqdadır. İndi bu siyasəti Fransa Qafqazda da reallaşdırmağa can atır. Ermənistanın Azərbaycana qarşı açıq nifrətini dəstəkləyən çıxışlar edən Fransa bu fikirlərin qüvvətlənməsinə səbəb olur. Fransanın regionumuzla bağlı siyasəti də sülhün bərqərar olmasına deyil, Cənubi Qafqazda yeni münaqişə ocaqlarının yaranmasına yönəlib və dayanıqlı sülh prosesinə təhdid xarakteri daşıyır. Vətən müharibəsi və ondan sonrakı dövrdə Fransa Azərbaycana qarşı BMT-nin Təhlükəsizlik Şurasında bir neçə dəfə qətnamə qəbul olunmasını müzakirələrə çıxarmaq üçün cəhdlər göstərib. Əslində isə Fransanın ölkəmizə qarşı siyasətinin ayrı-ayrı təzahürləri illər boyu özünü göstərirdi. Məlumdur ki, Fransada böyük erməni lobbisi və çoxsaylı erməni diasporu var və onların uzun illər göstərdiyi fəaliyyət nəticəsiz qalmayıb. İş o yerə çatıb ki, yanvarın 11-də Azərbaycan haqqında obyektiv fikir söyləyən Rəşidə Datinin Fransanın mədəniyyət naziri təyin olunması ermənilər tərəfindən böyük etiraz aksiyası ilə qarşılanıb. Amma Fransa hakimiyyəti buna qarşı hansısa tədbir görməyib. İndilikdə Paris görür ki, ötən il antiterror tədbirlərinin uğurla nəticələnməsi, xunta rejiminin çökdürülməsi Fransanın regiona təsir imkanlarını tam şəkildə əlindən alıb. Vaxtilə separatçı rejimlə hərtərəfli əlaqələr saxlayan, onların həm maddi şəkildə maliyyələşdirilməsində, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundankənar vəziyyətə düşüb. Bu səbəbdən də Ermənistanı yenidən müharibəyə təhrik etməklə Paris Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə mane olmaq istəyir. Lakin əbəs cəhdlərdir və bu siyasət Fransanı regiondan daha sürətlə uzaqlaşdırır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:20
Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib - YENİLƏNDİ

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031