KÖHNƏ VERSİYA            

Kreml Ermənistanı qısa müddətdə məhv edəcək, əgər...

Image

Rusiya və Ermənistan arasında gərginləşən münasibətlərin hansı həddə qədər davam edəcəyi indi ekspert dairələrində əsas müzakirə mövzularından biridir. 

Bu fonda maraq doğuran odur ki, Kremlin İrəvanı çökdürmək üçün təsir rıçaqları yetərincə olsa da, buna rəğmən, Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri İkinci Qarabağ müharibəsindən sonra pisləşib, ölkə rəhbərliyi isə, geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətindədir.

Keçən ilin sonunda “Wall Street Journal” nəşrinə müsahibəsində baş nazir Nikol Paşinyan Rusiya qoşunlarının Ermənistanda olmasında “heç bir prioritet”görmədiyini bildirmişdi. Lakin Rusiya qoşunlarını çıxarmaq asan məsələ deyil, çünki Ermənistanın əksər sənaye sahələri, infrastrukturu və hətta sərhəd nəzarəti Rusiyanın əlindədir. Rusiya Federasiyası Sərhəd İdarəsinin sərhədçiləri Ermənistan Respublikasının Türkiyə Respublikası və İran İslam Respublikası ilə dövlət sərhədini qoruyur. Bu, Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən həyata keçirilir.

Bundan başqa, Ermənistanda Rusiya Sərhəd İdarəsi Ermənistan Milli Təhlükəsizlik Xidməti Sərhəd Qoşunları ilə birlikdə “Zvartnots” hava limanı və İranla sərhəddə avtomobil yolu üzərindəki “Aqarak” buraxılış məntəqəsində sərhədin mühafizəsini icra edir. Rusiya ilə Ermənistan arasında hərbi və hərbi-texniki əməkdaşlıq "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi" əsasında inkişaf edir. Bu sənədə əsasən, Moskva və İrəvan, tərəflərdən birinə hərbi təhlükə yaranarsa, bir-birinə yardım göstərməyi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürürlər. Bundan başqa, hərbi əməkdaşlıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində həyata keçirilir. Ermənistanla Rusiya arasında 1995-ci ildə bağlanmış dövlətlərarası müqaviləyə əsasən, 102-ci Rusiya hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşdirilib. Bazanın təxminən 5 min nəfərdən ibarət şəxsi heyəti MDB-nin Birgə Hava Hücumundan Müdafiə Sistemi çərçivəsində döyüş növbətçiliyindədir.

2010-cu ildə bazanın Ermənistan ərazisində yerləşdirilməsi müddəti 2044-cü ilə qədər uzadılıb. Ermənistanda ölkə iqtisadiyyatının aparıcı sahələrində 100 faiz və ya qismən Rusiya kapitalının iştirakı ilə 40-dan çox iri müəssisə fəaliyyət göstərir. Ermənistanın enerji sektorunda fəaliyyət göstərən rus şirkətləri arasında ən əhəmiyyətli rol respublikada təbii qazın nəqli və paylanması sistemlərinin hamısına sahib olan “Gazprom Armenia” şirkətidir. Respublikanın daxili bazarında təbii qazın inhisarçı satıcısı 1997-ci ilin dekabrında yaradılmış Rusiya-Ermənistan QSC “Qazprom Armenia”dır, səhmlərin 100 faizi Rusiya “Qazprom” şirkətinə məxsusdur. “Gazprom Armenia” Ermənistan daxili bazarı üçün qaz tədarükünü, həmçinin yanacağın  daşınması, saxlanması, bölüşdürülməsi və satışını təşkil edir, respublika ərazisində qaz nəqli sisteminin və yeraltı qaz anbarlarının yenidən qurulması və genişləndirilməsi ilə məşğul olur. Ermənistan və Rusiya hökumətləri arasında müqaviləyə əsasən, Ermənistana ildə 2,5 milyard kub metr qaz nəql edilir. Hazırda Rusiya qazının 1000 kub metri üçün Ermənistan 165 dollar ödəyir. 2006-cı ildən fəaliyyət göstərən İran-Ermənistan qaz kəməri də Rusiyanın “Qazprom” şirkətinə məxsusdur. İrandan Ermənistana ildə 365 milyon kub metr nəql edilən qazın haqqını – 1 kub metr müqabilində 3 kilovat-saat elektrik – barter əsasında ödəyir. 2002-ci ildə Ermənistan təxminən 98 milyon dollar borcunu ödəmək üçün 5 müəssisəsini Rusiyaya verib. Borcu müqabilində BBC-nin məlumatına əsasən, Rusiya sovet dövründə hərbi-sənaye kompleksinə daxil olan elektron sənayesi məhsulları istehsalında ixtisaslaşan “Mars” qapalı səhmdar cəmiyyəti, İrəvan Materialşünaslıq, Riyaziyyat və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Elmi Tədqiqat İnstitutlarına, eləcə də Hrazdan istilik elektrik stansiyasına sahib olub.  Elektroenergetika sahəsinə aid enerji hasil edən və onun paylaşması və maliyyə məsələləri ilə məşğul olan bütün müəssisələr Rusiyaya məxsusdur. Müstəsna linsenziyaya Rusiyanın “Ermənistanın elektrik şəbəkələri” şirkəti malikdir. O, 2002-ci ildə yaradılıb, 2006-cı ildən 100 % səhmlərinin sahibi Rusiyanın “İNTER RAO EGS” korporasiyasına məxsusdur. Elektrik enerjisinin əsas istehsalçısı dövlətə məxsus atom elektrik stansiyasıdır. Elektrik enerji istehsalının təxminən 40 faizi AES-in payına düşür. 2003-cü ildə AES-in idarəçiliyi Rusiya “İNTER RAO EGS” şirkətinə həvalə edilib. 2017-ci ildə erməni mənşəli rusiyalı iş adamı Samvel Karapetyana məxsus “Taşir” qrupu “Ermənistan elektrik şəbəkələri“ şirkətinin bütün səhmlərini və Razdan İstilik Elektrik Stansiyasını alıb. Moskva və İrəvan arasında münasibətlər sərinləşdikcə, Rusiyadan Ermənistan və onun vətəndaşları üçün iqtisadi problemlər yaradıla biləcəyinə dair ilk eyhamlar səslənməyə başlayıb. Keçən ilin oktyabrında Rusiya Dövlət Duması Rusiyada sahibkarlıq və əmək fəaliyyəti üçün gərək olan Ermənistan sürücülük vəsiqələrinin tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsini təxirə salıb. Dumanın sədri Vyaçeslav Volodin açıq-açkar bunu onunla izah edir ki, Ermənistan hökuməti rus dilinə rəsmi status vermək üçün heç bir addım atmayıb. Rusiyada bir çox ermənistanlı miqrant ictimai xidmət sahəsində, o cümlədən taksi sürücüsü kimi işləyir və sürücülük vəsiqələrinin tanınmaması bunu qeyri-mümkün edir. Ermənistan iqtisadiyyatı əhəmiyyətli dərəcədə Rusiyadan vətəninə pul göndərən əmək emiqrantlarından da asılıdır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl Ermənistandan Rusiyaya mövsüm işlərinə ildə təxminən 80 min adam gedirdi. Onların əksəriyyəti tikinti işlərinə cəlb olunur. Rusiya Federal Miqrasiya Xidməti bu rəqəmi 300 minə yaxın göstərir.

Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyadan Ermənistana təxminən 865 milyon dollar pul köçürülüb. Bu, ölkə ÜDM-nin 5 faizi təşkil edir. 2022-ci ildə bu rəqəm təxminən 4 dəfə artıb və 3,6 milyard dollara çatıb. Bu, Ukrayna müharibəsi ilə bağlı Rusiyada qismən səfərbərlik elan olunandan sonra təxminən 100 min rusiyalıların Ermənistana mühacirət etməsi ilə bağlıdır. Ermənistanda yaşayan ermənilərin sayı, bəzi rəqəmlərə görə, 2 milyondan çoxdur. Bəzi mənbələr isə bu rəqəmin 3 milyon olduğunu iddia edir. Son statistik məlumatlara əsasən, Ermənistanda 12,6 faiz illik iqtisadi artımın dörddə biri rusiyalı miqrantlarin sayəsində təmin edilib. Onlar Rusiyanın Ukraynada hərbi əməliyyatları ilə bağlı qismən səfərbərlik elan edildikdən sonra Ermənistana gəliblər. Çoxları Ermənistandan tranzit ölkə kimi istifadə edir, lakin təxminən 100 mininin ölkədə qaldığı bildirilir.Ermənistan ÜDM strukturunda vasitəsiz xarici investisiyalar 5 faiz təşkil edir. 2022-ci ildə ölkəyə rekord məbləğdə - 1 milyard dollar cəlb edilib və bunun böyük hissəsi - Rusiyadandır. Bir çox miqrantlar Ermənistanda öz biznesini yaradır. Miqrantların axını Ermənistanda fəaliyyət göstərən 18 kommersiya banklarının mənfəətliliyinə müsbət təsir edib. “Fitch” kredit agentliyi bildirir ki, Rusiya-Ermənistan ticarəti Rusiyanın Ukraynada müharibəsi başlayandan bəri əhəmiyyətli dərəcədə artıb. Rusiyaya malların ixracı 2021-ci ildən bəri 300 faiz artıb, ölkə ixracının 51 faizi Rusiyaya edilib, idxalın isə 30 faizi keçən ilik ilk doqquz ayında Rusiyadan olub. Ermənistana miqrantların axını plan üzrə nəzərdə tutulan 1,6 faiz əvəzinə, demək olar ki, 13 faizə çatıb. Çünki miqrantların əksəriyyəti yaxşı təhsil almış və əsasən yüksək gəlirli insanlardır.Bu amil xüsusilə ictimai xidmət sektorunun inkişafını təşviq edir. Lakin bu tələbatın nə dərəcədə davamlı olacağını öncədən söyləmək çətindir. Miqrantların çoxalması səbəbindən ölkədə mənzillərin qiymətləri və kirayə haqı 2-3 dəfə artib və onların bir hissəsi başqa, daha ucuz yaşayış şəraiti olan ölkələrə üz tutar. 2008-ci ildə Ermənistan dəmir yolları 30 il müddətinə Rusiya Dəmir Yolları şirkətinin konsessiya idarəçiliyinə keçib. Hazırda Ermənistanın dəmir yolları Rusiya Dəmir Yolları şirkətinə daxil olan Cənubi Qafqaz Dəmir Yolunun idarəçiliyindədir. Tərəflərin razılığı ilə, 20 ildən sonra müqavilə daha 10 il müddətinə uzadıla bilər. Ermənistan ixracatının xaricə nəql edilməsinin yeganə quru yolu Gürcüstan-Rusiya sərhədinin “Yuxarı Lars” adlanan məntəqəsindən keçir. Qış aylarında yol buz bağladığına görə, vaxtaşırı bağlı olur. Lakin bəzən Ermənistan yük maşınları başqa səbəblər üzündə, əsasən Rusiya tərəfinin göstərişi ilə günlərlə yolun açılmasını gözləməli və ya geri qayıtmağa məcbur olurlar. Keçən il noyabrın sonunda Ermənistan baş naziri KTMT-nin Minsk sammitində iştirak etməkdən imtina edəndə, Ermənistan yük daşıyanları da Yuxarı Lars nəzarət keçid məntəqəsində problemlə üzləşdilər. Yüzlərlə növ məhsul, o cümlədən tez xarab olan balıq və meyvə aparan yük maşını nəzarət məntəqəsində dayandırılır, çünki Rusiya fitosanitariya nəzarəti məhz Ermənistan məhsulları üçün tələblərini sərtləşdirmişdi. Bütün bunlar Ermənistanın Rusiyadan böyük asılılığını göstərir. Bu halda Rusiyanın iqtisadi rıçaqlarını işə salması Ermənistanın məhvi deməkdir.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031