“La Ragione” nəşri Azərbaycandan yazdı
İtaliyanın “La Ragione” nəşri Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına ev sahibliyi etməsindən yazıb.
Yazıda COP29-un ilin sonunda Azərbaycanda keçirilməsinin əhəmiyyətindən və beynəlxalq gözləntilərdən bəhs olunub. Məqalədə bildirilir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına Bakının ev sahibliyi etmək üçün seçilməsi qlobal enerji diplomatiyasının perspektivləri ilə bağlı beynəlxalq müzakirələrin nəticəsidir. Çünki Azərbaycan karbohidrogenlərin hasilatı və satışı, həmçinin dayanıqlı enerji planlaşdırması perspektivləri sayəsində qlobal enerji reallığında xüsusilə yer tutan ölkədir.
Qeyd olunur ki, Azərbaycan 2030-cu ilə qədər təmiz ətraf mühitə və davamlı enerji artımına malik ölkə olmağı qarşıya məqsəd qoyub. COP29-un bu il Bakıda keçirilməsi Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir.
Mətləb Salahov