Türkiyə bankları Rusiya şirkətlərinin hesablarını bağlamağa başladı...
Rusiyanın “Vedomosti” qəzeti Türkiyədə bankların Rusiya şirkətlərinin hesablarını bağlamağa başladığını iddia edib. Qeyd edilir ki, Baydenin Rusiyaya qarşı sanksiya mexanizmini genişləndirmə qərarından əvvəl Türkiyədəki banklar Rusiya ilə işləmək baxımından heç bir problem yaratmayıb, ancaq banklar yanvar ayından müştərilərə qarşı məhdudiyyətləri sərtləşdirməyə başlayıblar. Xəbərdə kredit kartı almağı planlaşdıran Rusiya vətəndaşları üçün şərtlərin də ağırlaşdırıldığı bildirilib.
Türkiyə ilə iş görən şirkət sahibləri, maliyyə təşkilatlarına istinad edən qəzet, Türkiyədəki bəzi bankların Rusiya şirkətlərinin hesablarını bağlamağa başladığını və Rusiyadan kart almaq istəyən şəxslər üçün şərtləri sərtləşdirdiyini bildirib.
Türkiyənin maliyyə qurumlarının ilin əvvəlindən birdən-birə Rusiyadan ödəniş qəbulunu dayandırdığı, əvvəllər sanksiyalara məruz qalan şirkətlərlə bağlı olan hesabların bağlanması praktikasının indi digər şirkətləri də tətbiq etməyə başladığı iddia edilir.
“Bloomberg”in məlumatına görə, Türkiyədən başqa, Çin dövlət bankları da rusiyalı müştərilərinə məhdudiyyətlər qoymağa başlayıb.
Tahir TAĞIYEV