KÖHNƏ VERSİYA            

COP29-la bağlı sahibkarlara manatla verilmiş kreditlər üzrə faizlər subsidiyalaşdırılacaq

Image

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.

Sənədlə sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi qaydası təsdiq edilib.

Bu Qayda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra – kredit təşkilatları) manatla aldıqları kreditlər üzrə onlara Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – Fond) vasitəsilə faiz subsidiyalarının verilməsinə dair tələbləri, müraciət qaydasını, faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri tənzimləyir.

Kreditlər üzrə faizlərin subsidiyalaşdırılması Azərbaycan Respublikasının dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına həyata keçirilir.

Faiz subsidiyasının verilməsi şərtləri

Faiz subsidiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təsdiqedici sənədi əsasında sahibkarların 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir.

Faiz subsidiyası məbləği 1 (bir) milyon manatdan artıq olan kreditlərin illik faiz dərəcəsinin 6 (altı) faiz bəndi həcmində və 72 (yetmiş iki) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 6 (altı) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.

Faiz subsidiyası kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanır və 2025-ci il yanvarın 1-dən başlayaraq bu Qaydaya uyğun olaraq rüblük əsasda ödənilir.

Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

layihə bu Qaydada göstərilən məqsədlər üçün həyata keçirilmədikdə;

sahibkar subsidiya üçün müraciət edən kredit təşkilatına aidiyyəti olan şəxs olduqda;

sahibkarın nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

Kreditin və faiz subsidiyasının verilməsi üçün müraciət

Sahibkar kredit almaq üçün kredit təşkilatına müraciət edir.

Kredit təşkilatı müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkar barədə məlumatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən əldə edir və sahibkarın bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır və müvafiq qərar qəbul edir.

Kredit təşkilatı müsbət qərar verilmiş layihənin maliyyələşdirilməsini həyata keçirir və bu barədə Fonda 2 (iki) iş günü müddətində rəsmi məlumat verir.

Sahibkar kredit aldıqdan sonra faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarların aşağıdakı sənədlərini 10 (on) iş günü müddətində Fonda təqdim edir:

sahibkarın müraciətini, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;

sahibkarın təsis sənədlərini, VÖEN-ini, hüquqi şəxsin icra orqanın rəhbərinin və ya fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənədi;

kredit müqaviləsinin və ödəniş qrafikinin surətini;

kredit hesabatını;

sahibkarın rekvizitlərinə, alınmış kreditə və tələb olunan subsidiya məbləğinə dair məlumatı;

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş və sahibkarın layihə çərçivəsində nəzərdə tutulmuş işləri başa çatdırmasını təsdiq edən arayışı və ya məktubu.

Fond 5 (beş) iş günü müddətində sahibkara faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir.

Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 (iki) iş günü müddətində sahibkara sifarişli poçt göndərişi vasitəsilə bildirir.

Faiz subsidiyasının ödənilməsi

Kredit təşkilatı hər rüb üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti 2025-ci il yanvarın 1-dən etibarən hər rüb başa çatdıqdan sonra növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir.

Fond bu Qaydaya nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 (üç) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə kredit təşkilatının hesabına köçürür:

bu Qaydada nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 3.4.3-cü yarımbəndində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – ödəniş qrafikində göstərilən məbləğdə;

bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 3.4.3-cü yarımbəndində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.

Sahibkara krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 3.4.3-cü yarımbəndində nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.

Bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulmuş hesabatda kredit təşkilatı tərəfindən təhrif olunmuş məlumatların təqdim edilməsi aşkarlandıqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır.

Faiz subsidiyası yalnız bu Qaydanın 3.4.5-ci yarımbəndində nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.

Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi

Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarın həmin kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkar arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır.

Bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada kredit təşkilatının hesabına köçürülür.

Aşağıdakı hallarda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilir:

sahibkarın tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;

iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

sahibkar fəaliyyətini dayandırdıqda, bu fəaliyyətə xitam verdikdə və ya onun bu fəaliyyətlə məşğul olmaq hüququ qanunla müəyyənləşdirilmiş qaydada ləğv edildikdə;

müqavilə üzrə ödənişlərinin icrası 90 (doxsan) gündən çox gecikən krediti restrukturizasiya olunduqda.

Bu Qaydanın 5.3.2-ci yarımbəndində nəzərdə tutulmuş hal barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 (üç) iş günü müddətində həmin təşkilat Fonda sifarişli poçt göndərişi vasitəsilə məlumat verir.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031