"4- cü Respublika" Ermənistandan gələn ideya imiş ki....
Son günlər Ermənistan siyasi sferasının ən çox müzakirə olunan məsələsi baş nazir Nikol Paşinyan tərəfindən bu ölkədə konstitusiya dəyişikliyi barədə başladılan prosesdir. Artıq Ermənistanda bu məsələ qızğın müzakirə obyektinə çevrilib. Hazırkı Ermənistan hakimiyyətinə müxalifət mövqeyində duran siyasi qüvvələr N.Paşinyanı yeni "hoqqabazlıq ideyasında" ittiham edir, bunun Ermənistan üçün arzuolunmaz proseslərlə nəticələnəcəyini bildirirlər. Ən maraqlısı odur ki, N.Paşinyan bu məsələ barədə ziddiyətli fikirlər sələndirir.
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində bu məsələ barədə fikirlərini paylaşıb. A. Quliyev yazır: Baş nazir Paşinyan İctimai radionun mövzu üzrə sualına "4- cü Respublikanın 4- cü konstitusiyası" cavabını verib. Əlavə edib ki, mən konstitusiyanı dəyişmirəm, xalqa konstitusiyanı dəyişməyi təklif edirəm.

Niyə deyirəm ki, "4- cü Respublika Ermənistandan gələn ideya imiş"?...
Çünki Azərbaycanda da orijinal görünmək istəyən bəziləri milli siyasi reallıqlarımız üçün çox uyğunsuz görünən "4- cü Respublika" ideyasını ortaya atıblar. Ermənistan Ermənistandır. Biz Azərbaycanıq...
Mətləb