Avropa Şurasına daxil olduğumuz qarşılıqlı öhdəliklər sənədində partiyaların da imzaları var....
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Azərbaycanın Avropa Şurası ilə münasibətləri barədə fikirlərini paylaşıb. Politoloq yazır: "Azərbaycanın Avropa Şurası ilə münasibətlərinin aydınlaşdırılması müzakirələrində məntiqlə siyasi partiyaların da iştirakı zəruridir. Çünki Azərbaycanın 2001-ci ildə Avropa Şurası ilə imzaladığı qarşılıqlı öhdəliklər sənədində bəzi partiya rəhbərlərinin də imzası var. Müzakirələrdə partiyalar da iştirak edib.
Yəqin çıxış müzakirələrində də partiyaların iştirakı təmin olunacaq. Qəbul olunacaq qərara ictimai etimadın təmin olunması baxımından da bu vacibdir.
Mətləb