KÖHNƏ VERSİYA            

7 fevral seçkilərinin müşahidəçiliyi super səviyyədə - AŞPA rəzil duruma düşdü...

Image

Məlum olduğu kimi, Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etmək üçün rəsmi Bakı yeddi beynəlxalq və regional təşkilata dəvət göndərib. Həmin təşkilatlar arasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yer almaması qurumun, belə demək olarsa, qısqanclığına, Azərbaycana qarşı qeyri-obyektiv münasibət sərgiləməsinə səbəb olub. 

Halbuki, Azərbaycanın AŞPA-nın dəvət olunmasına dair hər hansı öhdəliyi yoxdur. Eyni zamanda Azərbaycan başqa bir Avropa təşkilatını - ATƏT-i seçkiləri müşahidə etməyə dəvət edib və bu qurumun Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin seçki missiyası hazırda Azərbaycandadır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkisini 7 beynəlxalq və regional təşkilat müşahidə edəcək. Onlar aşağıdakılardır: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB) İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT). Bu təşkilatlardan DTİHB və MDB-nin müşahidə missiyası Azərbaycanda prezident seçkisinin müşahidəsinə başladığını bəyan edib. GUAM-dan isə bildirilib ki, təşkilatın müşahidəçi qrupu fevralın 6-da Azərbaycana gələcək və seçki günü müşahidə prosesinə başlayacaq. Seçkiləri müşahidə etməyə dəvət olunan beynəlxalq qurumlar arasında ilk dəfə bu missiyanı yerinə yetirəcək bir təşkilat – Qoşulmama Hərəkatının Gənclər Təşkilatı da yer alıb. Avropa İttifaqında təmsil olunmayan Böyük Britaniya da Azərbaycana müşahidə missiyası göndərəcəklərini bildirib. ABŞ-ın da müşahidəçi göndərə biləcəyi gözlənilir. Təşkilatlar seçkilərin müşahidəsini beynəlxalq seçki müşahidə prinsipləri və ya təmsil etdikləri təşkilatın seçki müşahidəsinin nizamnaməsi çərçivəsində həyata keçirirlər. Beynəlxalq və regional təşkilatlar, bir qayda olaraq, şəxsi müraciətləri ilə deyil, seçkinin keçirildiyi ölkənin dəvəti əsasında müşahidə prosesində iştirak edirlər. Yeni Azərbaycan Partiyasından olan təmsilçisi Cəbi Quliyev BBC-yə  bildirib ki, MDB də daxil olmaqla, digər təşkilatlardan Azərbaycana prezident seçkilərini müşahidə etməyə gələn şəxslərin bu sahədə böyük təcrübələri var: “Bu təşkilatların göndərdiyi müşahidəçilərin böyük əksəriyyəti başqa-başqa ölkələrin parlamentində təmsil olunan deputatlar və ya həmin ölkələrdə fəaliyyət göstərən nüfuzlu QHT-lərin üzvləri olurlar. Bunlar ciddi şəxslərdir və müşahidəçi kimi digər nüfuzlu insanların arasından seçilirlər”. MDB-nin seçkilərin müşahidə missiyasına dair qaydalarına görə, qurum təşkilata üzv ölkələrə müraciət edərək, həmin ölkələrdən seçkiləri müşahidə etmək üçün öz müşahidəçilərini göndərməyi xahiş edir və həmin şəxslər hər hansı qiymətləndirmə və ya seçim aparılmadan seçki keçirilən ölkələrə müşahidəçi olaraq göndərilir. MDB yanvarın 17-dən etibarən Azərbaycanda erkən prezident seçkisini izləməyə başladığını açıqlayıb və müşahidə missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edir.

MDB üzv dövlətlərdə keçirilən seçkilərin müşahidə missiyasına 2001-ci ildən başlayıb və Azərbaycanda bu missiyanı ilk dəfə 2003-cü il prezident seçkilərində həyata keçirib. GUAM-dan isə bildirilib ki, təşkilat 6 nəfərdən ibarət müşahidə missiyası göndərəcək və onlara hazırda təşkilatın baş katibi Altay Əfəndiyev rəhbərlik edəcək. Qoşulmama Hərəkatının Gənclər Təşkilatı isə qurumun 2019-cu ildə Bakıda keçirilən sammitindən iki il sonra yaradılıb və 2022-ci ildə qeydiyyata alınıb. Mərkəzi ofisi Bakıda yerləşən təşkilat  ilk dəfə beynəlxalq qurum kimi Azərbaycanda seçkilərin müşahidəsinə dəvət edilib. Deputat Cəbi Quliyev qeyd edir ki, bütün bu təşkilatların hər biri öz missiyasına kifayət qədər ciddi yanaşır. Əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə rəsmi Bakı ölkədə növbədənkənar prezident seçkisini müşahidə etmək üçün Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına dəvət göndərməyib. Çünki hər iki qurum Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirlər. Avropa Parlamenti yanvarın 15-də yaydığı bəyanatda bildirib ki, qurum Azərbaycandakı seçkiləri müşahidə etməyəcəyi üçün seçki prosesi və onun nəticələri barədə də hər hansı şərh verməyəcək. Azərbaycan 2001-ci ildən etibarən Avropa Şurasının tam hüquqlu üzvüdür, ancaq bu qurumun Parlament Assambleyası ölkəmizə qarşı son dövrlərdə daha qərəzli mövqe sərgiləyir.  Xarici müşahidəçilərin xərcini kim ödəməsi də maraqlə məqamlardandır. ATƏT-in DTİHB-dan BBC-yə bildirilib ki, müşahidəçi missiyasını aparan şəxslərin xərci təşkilat tərəfindən qarşılanır və onların hər biri yüksək rəqabətli seçim əsasında və ödənişli müqavilə ilə prosesə cəlb edilirlər. ATƏT-in DTİHB-nun sözçüsü Katya Andrusz bildirib ki, Azərbaycanda seçkini müşahidə etmək üçün ayrılan vəsait 400 min-650 min avro arasındadır. Qurumun rəsmisi qeyd edib ki, ayrılan vəsaitin aşağı və yuxarı həddi missiyanın Azərbaycanda qalacağı müddət, istifadə etdiyi resursların əlçatımlılığı, həmin vasitələrin qiyməti, getdikləri ərazidə təhlükəsizlik məsələləri və digər məqamlar nəzərə alınmaqla hesablanıb: “Lakin bu xərcin dəqiq nə qədər olduğunu missiya başa çatdıqdan sonra biləcəyik”. DTİHB həm də beynəlxalq seçki müşahidə prinsipini qəbul edən qurumdur. 

Qeyd edək ki, BMT 2005-ci ildə Beynəlxalq Seçki Müşahidə Prinsipləri və Davranış Kodekslərinə dair Bəyannamə qəbul edib və bugünədək 55 beynəlxalq və regional təşkilat bu sənədi imzalayıb. Bəyannamə seçki prosesində informasiyaların qərəzsiz şəkildə toplanması, təhlili, eləcə də seçkiyə müdaxilə etmədən və mane olmadan pozuntuların, saxtakarlığın qarşısını almağı və hökumətlərə seçki prosesini təkmilləşdirmək istiqamətində tövsiyə verməyi nəzərdə tutur. DTİHB bu bəyannaməyə imza atıb. Bütün bunlar seçkilərin beynəlxalq müşahidəsinin yüksək səviyyədə olacağını, AŞPA-nın qərəzinin isə Azərbaycan üçün hansısa əhəmiyyət kəsb etməyəcəyini göstərir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031