ABŞ-dan Çin şirkətlərinə xəbərdarlıq - Rusiyaya yardım etsəniz...
ABŞ Çin şirkətlərini Rusiyaya yardım etdikləri halda gözlənilən ciddi nəticələrlə bağlı xəbərdarlıq edib.
ABŞ-ın maliyyə naziri Janet Yellenin dediyinə, Vaşinqton Qərbin sanksiyalarına baxmayaraq, Çin şirkətlərinin Rusiyaya hərbi texnika təchizatında kömək edə biləcəyinə dair sübutlar görüb. Yellen Çini bu fəaliyyətləri dayandırmağa çağırıb.
Maliyyə katibi bu məsələni Çin Baş nazirinin müavini ilə danışıqlar zamanı da qaldırdığını bildirib.
“Mən vurğuladım ki, şirkətlər Rusiya sənaye sektoruna maddi dəstək verməməlidirlər və bunu etsələr, ciddi nəticələrlə üzləşəcəklər”, – Yellen deyib.
Yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, ABŞ Rusiyaya amansız və qeyri-qanuni müharibə aparmağa kömək edən material axınını dayandırmaq üçün əlindən gələni etməkdə qərarlıdır.
Janet Yellenin sözlərinə görə, ABŞ hökuməti artıq Rusiyaya avadanlıq almağa kömək edən bir sıra Çin özəl şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
“Biz istərdik ki, Çin bunun qarşısını alsın, xüsusən də məlumat verə bildiyimiz zaman”, – Yellen bildirib.
TAHİR