KÖHNƏ VERSİYA            

Zatulin Zaxarovaya qarşı - erməni pulu deputata çox şirin gəlib...

Image

Mehman İsmayılov: “Onun Zaxarovaya qaldırdığı səs əslində ermənilərdən yenidən pul qoparmağa, dəstək almağa hesablanıb”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın keçirdiyi brifinqdə Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlamasından sonra İrəvanda Leninqrad blokadası uşaqları abidəsinin təhqir olunması kimi vandalizm aktı baş verdi, revanşist qüvvələr həm abidəni təhqir etdilər, həm də Rusiya bayrağını tapdaladılar.

Belə görsənir ki, Zaxarovanın Qarabağda ermənilərin etnik təmizləməyə məruz qalmadığını bəyan etməsi ermənidən çox erməni olmağa can atan, erməni pulu ilə qidalanan Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinə yaman bərk yer edib. 

Erməni mediası yazır ki, Zatulin Qarabağda etnik təmizləmə ilə bağlı Zaxarovaya cavab verib. Zatulun İrəvanda Leninqrad blokadası uşaqları abidəsinin təhqir edilməsini dəlilik adlandırsa da, Qarabağda ermənilərin etnik təmizləmə faktını sübut etməyi tələb edən M. Zaxarovanın fikirlərinə qarşı çıxaraq iddia edib ki, guya Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” baş verib(?).

Açıq görsənir ki, Zatulin üçün erməni pulu öz dövlətinin rəsmi mövqeyindən çox üstündür. 

“Zatulin erməni puluna işləyən, ermənilərə satılan, öz dövlətinin maraqlarını hər zaman ayaqlar altına atmağa hazır olan vicdansız bir varlıqdır” 

Məsələyə şərh verən politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə “Bir müddət əvvəl Zaxarova ənənəvi brifinq zamanı erməni jurnalistin sualını cavablandırarkən “əgər Azərbaycanın Qarabağ bölgəsində ermənilərə qarşı etnik təmizləmə aparılıbsa, lütfən, bizə hər hansı bir fakt və ya hansısa bir tanınmış, ermənilər tərəfindən yüksək qiymətləndirilən beynəlxalq institutun burada etnik təmizləmə aparılması barədə bəyanatını, faktlara əsaslanan sənədləri təqdim edin, ünvanını göstərin ki, o ünvana müraciət edə bilək”-dedi. Əslində, Zaxarova ermənilərə çox kəskin cavab verdi ki, sizin Azərbaycanın Qarabağ bölgəsində ermənilərə qarşı etnik təmizləmə aparılması barədə bütün söylədikləriniz uydurmadır, heç bir sənədə, faktoloji tərkibə, arqumentə söykənmir, yalnız erməni demoqogiyasıdır. Ona görə də, Zaxarova konkret dedi ki, ya bizə sənəd göstərin, ya da bunu təsdiq edən beynəlxalq qurumun ünvanını göstərin, biz onlara müraciət edək. Ermənilər Zaxarovaya qarşı mətbuatda hücumlara başladılar. İrəvanda Leninqrad blokadası uşaqları abidəsi erməni Samvel Şirinyan tərəfindən təhqir edildi. “Leninqradda blokadanın olması barədə sənədlər varmı ki, Qarabağdakı hadisələr haqda da sənədlər olsun” deyən erməni vandalı, erməni vəhşisi Zaxarovaya etiraz yolunu bu cür seçdi. Abidəni təhqir etməsi əslində erməni vəhşiliyinin, vandallığının açıq təzahürləridir. Ermənilər təkcə Leninqradda həlak olmuş uşaqların abidəsini deyil, təkrar-təkrar Holokost qurbanlarının xatirəsini təhqir edirlər, yəhudilərin sinaqoqolarına hücum edib yandırmaq istəyiblər”-deyə bildirdi. 

M.İsmayılov qeyd etdi ki, ermənilər, o cümlədən Qriboyedovun abidəsini təhqir ediblər, Qərbi Azərbaycan ərazisində Azərbaycan xalqının tarix boyu qurub yaratdığı bütün dini, tarixi, mədəni abidələri yerlə-yeksan ediblər, 400 məscidimizi, 744 məzarlığımızı dağıdıblar. Quzey Azərbaycanda, Qarabağda onların törətdiyi vəhşiliyin bariz nümunələri göz önündədir. “Bunlar necə məscidləri donuzxanaya çevirməyə cəhd ediblər, dini abidələrimizi necə təhqir ediblər və sair. Bunlar erməni vəhşiliyinin hər zaman ortaya çıxan təzahürləridir. 

Zatulin Zaxarovanın məlum sözlərinə alternativ olaraq, guya “Qarabağda ermənilərə qarşı etnik təmizləmə törədilib” deyirsə, bu onun hər zaman söylədiyi vicdansız və ləyaqətsiz ifadələrdən biridir. Zatulin erməni puluna işləyən, ermənilərə satılan, öz dövlətinin maraqlarını hər zaman ayaqlar altına atmağa hazır olan vicdansız bir varlıqdır. O, Azərbaycana qarşı düşmən bir mövqedədir. Onun dilindən Azərbaycanın liderlərinə, klassik siyasətçilərinə qarşı səslənən fikirlər hər zaman bizim ona çox kəskin cavab verməyimizə səbəb olub. O, Azərbaycanın apardığı haqlı siyasətə qarşı hər zaman çirkli kampaniya aparıb. Onun bütün varlığı ermənilərdən pul alıb bütün insani dəyərləri, həqiqəti, ədaləti satmağa yönəlib. Zatulin ermənilərin ən çox alçaltdığı deputatlardan biridir. O hər zaman Azərbaycanın ərazi bütövlüyünə, dövlətçiliyinə qarşı çox açıq şəkildə qanunsuz fəaliyyət göstərib, indi də göstərməkdədir. Qarabağda etnik təmizləmənin olmadığını Putin də, Zaxarova da, Zatulin özü də, bütün dünya bilir. Hər kəs bilir ki, Azərbaycanın 19-20 sentyabrda həyata keçirdiyi lokal antiterror tədbirlərində bir sivilə qarşı belə güc tətbiq edilməyib. Ancaq Zatulin kimi vicdansızlar, satılmışlar, pula işləyən və puldan başqa heç bir dəyərə sahib olmayan bədbəxtlər, mənəviyyatsızlar Azərbaycana qarşı şər kampaniyası aparırlar. Onun Zaxarovaya qaldırdığı  səs əslində ermənilərdən yenidən pul qoparmağa, dəstək almağa hesablanıb. O bilir ki, Zaxarova doğru deyir, ermənilərin bu iddiaları boş, cəfəngiyatdır. Bütün dünyanın, kameraların gözü qarşısında ermənilər günəşli havada özləri tərəfindən təşkil olunmuş formada Azərbaycan ərazisini xorla tərk edib. Heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Zatulin kimi vicdansızların antiazərbaycan bəyanatlarına biz artıq adət etmişik. Bilir ki, onun cavabını əsaslı şəkildə veririk və verəsiyik”-deyə M.İsmayılov qeyd etdi. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

23.12.2024 | 17:31
Sadır Japarov Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 17:27
“Yada düşdü” jurnalının növbəti sayı işıq üzü görüb

23.12.2024 | 17:23
TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransı keçirilib

23.12.2024 | 17:22
Qafqazın inkişafı yunan güzgüsündə - Rusiyanın adı yox, Zəngəzur dəhlizi yox...

23.12.2024 | 17:19
Xorvatiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı

23.12.2024 | 17:15
“Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib” - Vüqar Rəhimzadə

23.12.2024 | 17:15
Putin Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:15
“Mirzə İbrahimovun irsinin qorunması və təbliği”

23.12.2024 | 17:05
Kiyev Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqlini dayandırır - tarix də açıqlandı...

23.12.2024 | 17:02
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 16:52
Azərbaycanda minimum aylıq əməkhaqqı artdı - 400 manat...

23.12.2024 | 16:48
Biznesin İnkişafı Fondunun Nizamnaməsi və vəsaitindən istifadə Qaydası təsdiqləndi

23.12.2024 | 16:47
Moldova separatçı Dnestryanıda hərbi əməliyyata hazırlaşır - Rusiya kəşfiyyatından iddia...

23.12.2024 | 16:45
Prezident İlham Əliyev Biznesin İnkişafı Fondunun Nizamnaməsini təsdiq edib

23.12.2024 | 16:44
İrakli Kobaxidze Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 16:43
TÜRKSOY-un Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

23.12.2024 | 16:35
Rusiya ordusu Ukraynada daha bir bölgəni ələ keçirdi

23.12.2024 | 16:30
“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb - FOTO

23.12.2024 | 16:23
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

23.12.2024 | 16:22
Lənkəranın illərlə bərbad qalan yolları...

23.12.2024 | 16:17
Miqrasiya Xidməti Rusiyaya gedən azərbaycanlılara müraciət etdi

23.12.2024 | 16:17
Ceyhun Bayramov Serbiya Prezidenti Vuçiçlə görüşdü

23.12.2024 | 15:53
Zakir Həsənov Türkiyənin Quru Qoşunları komandanı ilə görüşdü - FOTO/VİDEO

23.12.2024 | 15:48
Rövşən Rzayev Saatlıda vətəndaşları qəbul edib

23.12.2024 | 15:38
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

23.12.2024 | 15:30
Aliment borcu hansı hallarda silinə bilər...

23.12.2024 | 15:08
TƏBİB tabeli tibb müəssisələrində 131 əməkdaş intizam məsuliyyətinə cəlb olunub

23.12.2024 | 15:07
Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib

23.12.2024 | 15:04
Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

23.12.2024 | 15:00
TƏBİB sədri saxta plastic cərrah məsələsinə toxundu

23.12.2024 | 14:28
Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - DİN vətəndaşlara çağırış etdi...

23.12.2024 | 14:16
Yakup Erikel Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 14:10
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 13:45
Prezident İlham Əliyev Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzaladı

23.12.2024 | 13:40
“Keşlə bazarı”nın sökülməsi təxirə salındı - gələn il fevralın 1-dək...

23.12.2024 | 13:28
Məktəblərdə bayram tətilinin vaxtı açıqlandı

23.12.2024 | 13:16
Yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxıldı

23.12.2024 | 12:55
Kolumbiya Panama kanalı ilə bağlı Trampa xəbərdarlıq etdi - miqrasiyanı artırıcaq...

23.12.2024 | 12:42
Ambulanslar da avtobus zolaqlarına daxil olacaq...

23.12.2024 | 12:26
Prezident idmançıları və idman mütəxəssislərini təltif etdi

23.12.2024 | 12:23
"Azərbaycan cəmiyyəti bütün dünyaya dini tolerantlığı və multukulturalizmi ilə örnək göstərilir" - Əli Əhmədov

23.12.2024 | 12:08
Şeyxülislam Allahşükür Paşazadə din xadimlərinin vahid geyimindən danışdı

23.12.2024 | 11:12
Prezident: "Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır"

23.12.2024 | 11:06
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu nadir diyarlardan biridir" - Prezident

23.12.2024 | 11:04
Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:50
"Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib" - Prezident İlham Əliyev

23.12.2024 | 10:35
Prezident İlham Əliyev Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031