Ağalıda 61 nəfər Prezident seçkilərində ilk dəfə səs verəcək
İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində fevralın 7-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək seçilərin sayı məlum olub.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən secki-2024.az saytına verilən məlumata görə, kənddə yaradılan 33 saylı seçki məntəqəsində 61 nəfər prezident seçkilərində ilk dəfə səsvermə hüququndan istifadə edəcək.
Bildirilib ki, artıq seçkilərə hazırlıq prosesi başa çatıb, kənddə yeni yaradılmış 33 saylı məntəqə lazımi texniki vasitə və metodiki vəsaitlərlə tam təmin edilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.