Qazaxıstan mediası Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə yazır
Qazaxıstanın “İnbusiness.kz” saytında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə məqalə yayımlanıb. Bu barədə Secki-2024.az saytında məlumat yerləşdirilib. Məqalədə prezident seçkilərinin nəticələrinin Azərbaycanla Qazaxıstan arasındakı iqtisadi-ticari əlaqələrə təsiri barədə proqnozlara yer verilib. Bildirilib ki, Qazaxıstanla Azərbaycan arasında təkcə möhkəm dostluq münasibətləri deyil, həm də nəhəng ticari-iqtisadi əlaqələr mövcuddur.
“Biz ticarətin əhəmiyyətli dərəcədə artırılmasından danışırıq. Beş il ərazində on, iyirmi dəfə çoxalan artımlardan bəhs edirik. Bunlar çox böyük rəqəmlərdir”, - deyə jurnalist Kuat Dombay fikrini bildirib. “Ekspertlər yekdilliklə Azərbaycanda keçiriləcək prezident seçkilərinin Qazaxıstanla münasibətlərin maksimum stimullaşdırılmasına, həmçinin “Transxəzər” nəqliyyat dəhlizinin inkişafını sürətləndirməyə və Türk Birliyinə (Türk Dövlətləri Təşkilatı nəzərdə tutulur – red.) dinamika əlavə etməyə imkan verəcək”, - deyə yazıda vurğulanıb.
Mətləb Salahov