Qubada 15 yaşlı qız dəm qazının qurbanı oldu..
Quba rayonunda 15 yaşlı yeniyetmə qız dəm qazından ölüb. Belə ki, Hacıhüseynli kənd sakini, 2009-cu il təvəllüdlü Ayla Vəlixanova yaşadığı evin hamam otağında yuyunarkən dəm qazından zəhərlənib. O, xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb Salahov