Rusiyalı musiqiçilər Tailanddan İsrailə deportasiya olundular
Tailandın immiqrasiya polisinin saxlanma mərkəzində qalan Rusiyanın “Bi-2” qrupunun digər 6 üzvü İsrailə yola düşüb. Bu barədə TASS agentliyi məlumat yayıb. Məlum olub ki, rusiyalı musiqiçiləri Tailanddan İsrailə deportasiya ediliblər.
Qeyd edək ki, ötən gün qrupunun solisti Leva sərbəst buraxıldıqdan sonra Təl-Əvivə yola düşmüşdü. Onların saxlanılmasına səbəb isə yanvarın 25-də Phuketdəki “Illuzion” gecə klubunda iş icazəsi olmadan çıxış etmələri olub. Növbəti gün məhkəmə onların hər birini 95 dollar cərimə və Tailanddan deportasiya etmək qərarına gəlib.
Mətləb